Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı

Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı
05.06.2026 21:30

Gümrü meri Vardan Qukasyan barəsində yeni cinayət işi açılıb. O, hakimiyyətin ələ keçirilməsinə cəhddə ittiham olunur.

TodayPress TV-nin Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib.

İstintaq Komitəsinin məlumatına görə, Vardan Qukasyan bir qrup şəxslə birlikdə 2025-ci ildə hakimiyyəti ələ keçirmək planı qurub, lakin ondan asılı olmayan səbəblərdən buna nail ola bilməyib. Bu fakt üzrə cinayət işi açılıb və işdə əli olan digər şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, daha əvvəl həbsdə olan Vardan Qukasyan tərəfdarlarını qarşıdan gələn parlament seçkisində iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokuna səs verməyə çağırıb.

Xatırladaq ki, Vardan Qukasyan 2025-ci ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin "rüşvətalma" maddəsi üzrə ittiham olunur, lakin ittihamı qəbul etmir.

Müdafiə tərəfinin sözlərinə görə, ittiham aktında yer alan demək olar ki, bütün epizodlar Qukasyanın mer olmadığı 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir.

Qeyd edək ki, 17 dekabr 2025-ci ildə məhkəmə onun həbs müddətini daha üç ay uzadıb. Eyni zamanda, onun Ermənistanla Rusiya arasında birliyin lehinə verdiyi ifadələrə əsaslanan "suverenlikdən imtina etməyə çağırış" ittihamı Qukasyanın üzərindən götürülüb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 Все новости