Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin...

Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin...
13.08.2026 18:22

"Rusiya bazarına tədarükün bərpasının şərtləri Ermənistandan ölkəmizə gətirilən kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, onlara dair məcburi tələblərin yerinə yetirilməsidir".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

"Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarükün izlənilməsi və digər məcburi tələblər hazırda məhdudiyyətlərin tətbiq olunduğu malların idxalının bərpası üçün ən mühüm şərtdir", - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, bu məsələ Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində baş tutan, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında keçirilən görüşdə müzakirə edilib.

Xatırladaq ki, Ermənistandan gətirilən məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair iradlara görə, "Rosselxoznadzor" mayın 22-dən güllərin, mayın 30-dan təzə pomidor, xiyar, bibər, göyərti bitkilərinin və çiyələyin, iyunun 2-dən çəyirdəkli meyvə bitkilərinin və təzə üzümün, iyunun 3-dən tumlu meyvə bitkilərinin tədarükünə, iyunun 12-dən isə bütün karantin altındakı məhsulların idxalına qadağa qoyub. Bundan əlavə, iyunun 2-dən Rusiyaya ixrac üçün nəzərdə tutulan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılması dayandırılıb, iyulun 27-dən isə süd məhsullarının idxalı məhdudlaşdırılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə oyunda fasiləyə üstün yollanıb - VİDEO 20:08 Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi 20:51 Yaponiyada dəhşətli leysan! - VİDEO 20:37 İllərdir davam edən "TurAz" davası.. - Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd edildi! 20:28 "Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir 20:20 Kəlbəcərdə mina PARTLADI, xəsarət alan var 19:57 Gürcüstan-Rusiya sərhədində həyəcan siqnalı - Gömrük məntəqəsi boşaldıldı 19:53 Husilərdən Səudiyyəyə növbəti zərbə: "Saudi Aramco" PUA ilə vuruldu 19:41 Avropanın əsas sursat zavodlarından birində PARTLAYIŞ - VİDEO 19:25 İran və ABŞ qapalı qapılar arxasında danışır – Pakistan rəsmisi BƏYAN ETDİ 19:13 "Qarabağ" və "Dinamo"nun start heyətləri bəlli oldu! 19:05 ABŞ köməyi kəsdi, Avropa isə artırdı - Kiyevə milyardlarla avroluq paket 18:49 AQTA-dan bitki yağı idxalçılarına XƏBƏRDARLIQ! 18:36 Üç ölkənin hərbi ittifaqı kimə qarşıdır? – Pakistan səfirindən bəyanat 18:31 Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin... 18:22 Tehran TƏKZİB ETDİ: Hörmüz boğazında nəzarət İranın əlindədir! 18:15 Lənkəranda açıq sahədə yanğın - VİDEO 18:05 Fransa İslam fondunu faydasız hesab etdi, maliyyə dəstəyini dayandırdı 18:01 Çin və Belarus birgə hərbi təlimə başladı 17:52 Sanae Takaiçi xalqa müraciət etdi 17:44 Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Prezidentin bəyanatları xarici mətbuatın gündəmində 17:26 Илон Маск представил Grok 4.6 17:14 Хуситы атаковали правительственные силы в Йемене: есть погибшие и раненые 16:52 С завтрашнего дня усиливается ветер — какие территории находятся в зоне риска? 15:44 Все новости