Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır"

Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır"
07.08.2026 18:58

Məkkə sazişi regionda sülhün, rifahın və sabitliyin təmin olunmasını hədəfləyən bütün qardaş ölkələrin iştirakına açıqdır.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu da təsdiqləyən saziş heç bir ölkəni hədəf almır:

"Türkiyə regional məsuliyyət və təşəbbüs baxışı çərçivəsində münaqişə və böhranların beynəlxalq hüquqa hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həllinə yönəlmiş prinsipial mövqeyini qətiyyətlə davam etdirəcək".

Türkiyə lideri qeyd edib ki, saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə və terrorizmlə mübarizəyə mühüm töhfə verəcək.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu 19:20 Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Все новости