Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi
Çeçenistan Respublikası hökuməti sədrinin müavini, fiziki tərbiyə və idman naziri Axmat Kadırova "Çeçenistan Respublikasının Qəhrəmanı" fəxri adı verilib.
TodayPress TV xəbər verir ki, bu barədə Çeçenistan hökumətinin sədri Maqomed Daudov "Telegram" kanalında məlumat verib.
"Səmimi-qəlbdən əziz qardaşoğlum, Çeçenistan Respublikası hökuməti sədrinin müavini, Çeçenistan Respublikasının fiziki tərbiyə və idman naziri Axmat Ramzanoviç Kadırovu "Noxçiyn Paçxalkxan Konax" (Çeçenistan Respublikasının Qəhrəmanı) yüksək fəxri adına layiq görülməsi münasibətilə təbrik edirəm. Bu fəxri mükafat onun Çeçenistan Respublikası və xalqı qarşısındakı şəxsi xidmətlərinin, eləcə də bədən tərbiyəsi və idmanın inkişafına verdiyi mühüm töhfənin layiqli qiymətləndirilməsidir", – deyə Daudov yazıb.
O qeyd edib ki, Axmat Kadırovun birbaşa iştirakı ilə regionda idman infrastrukturunun təkmilləşdirilməsi, gənc istedadların dəstəklənməsi, yeni uğurlar üçün şəraitin yaradılması və sağlam həyat tərzinin təbliği istiqamətində geniş və sistemli iş aparılır.
Aysel Mətləb