Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı

Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı
07.08.2026 19:06

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyat nəticəsində saxlanılan rayonun icra başçısının sabiq müavini Nadir Muradov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

TodayPress TV xəbər verir ki, bu barədə hökm Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, o, 2025-ci ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmişdi.

Xatırladaq ki, sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarı Bakı Apellyasiya Məhkəməsi ləğv edib. Yeni qərara əsasən, o, həbsdən azad edilib və cinayət işi ibtidai istintaqa qaytarılıb. Sonradan Zülfüqar Mansurov barəsində polisin nəzarətinı vermə qətimkan tədbiri seçilib və cinayət işi də baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu 19:20 Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Bütün Xəbərlər