Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA

Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA
14.08.2026 12:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətdə yeni dəyişikliklər edə biləcəyi barədə məlumat yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Gazete Pencere” yazıb.

Məlumata görə, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçirin vəzifədən azad edilə biləcəyi iddia olunur. Buna səbəb kimi Çinin "BYD" şirkətinin Manisada 1 milyard dollarlıq elektrik və hibrid avtomobil zavodu layihəsini dayandırması göstərilir. Kaçirin yerinə Müdafiə Sənayesi rəhbəri Haluk Görgünün gətirilə biləcəyi bildirilir.

İddialara görə, Ətraf Mühit naziri Murat Kurum da vəzifəsini dəyişə bilər. Onun Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlunu əvəzləyə biləcəyi qeyd olunur. Bu dəyişiklik İstanbul Kanalı layihəsi ilə bağlı vəziyyətlə əlaqələndirilir.

Bundan başqa, Ticarət naziri Ömər Bolat və Gənclər və İdman naziri Osman Aşkın Bakın da istefa verə biləcəyi iddia edilir. Onların mümkün istefasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Ərdoğan bu ilin fevralında Daxili İşlər və Ədliyyə nazirlərini dəyişmişdi. 2023-cü ildə formalaşdırılan kabinetdə bundan əvvəl əsaslı dəyişiklik baş verməmişdi.

Qeyd edək ki, Türkiyə hökuməti və Ərdoğanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi oxşar kabinet dəyişikliyi xəbərlərini dəfələrlə təkzib edib. Bu səbəbdən hazırkı məlumatlar hələlik iddia olaraq qalır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
14 августа 2026
МВД предупредило граждан о случаях кибермошенничества 14:12 5 человек, вызвавших пожар, привлечены к ответственности 12:57 Samuxda "qara yara" həyəcanı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Страшный лесной пожар в Германии: эвакуирована целая деревня 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Девушки с гниющими челюстями: борьба молодых женщин заложила основы трудового законодательства 13:06 Новый трансферный план в «Барселоне»: зажжен зеленый свет для Суареса! 14:01 Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 Hesablama Palatasına yeni səlahiyyətlər verildi 13:55 “Dövlət auditi” informasiya sistemi yaradıldı - FƏRMAN 13:52 APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu! 13:48 Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ? 12:44 Fidan Qurbanlı dünya səhnəsində 43-cü pillədə qərarlaşdı 13:37 Sabah hava necə olacaq? - PROQNOZ 12:29 Удары дронов по складу Wildberries превратили в пепел 11 миллионов книг 11:52 ABŞ xarici hakerlərə hücum edəcək 11:50 Yaponiyada güclü leysan 8 can aldı 11:04 Nkunkunun “Milan” macərası bitir: Klub futbolçunu yola salır! 12:47 Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA 11:34 Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı” 12:31 Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir 11:26 “Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır! 12:23 Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Все новости