Yaponiyanın Baş naziri ABŞ-nin Venesuela əməliyyatına şərh vermədi

Yaponiyanın Baş naziri ABŞ-nin  Venesuela əməliyyatına şərh vermədi
05.01.2026 11:47

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ-nin Venesueladakı əməliyyatına şərh verməkdən imtina edib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Takaiçi  Yaponiyanın  həmişə azadlıq, demokratiya və qanunun aliliyi kimi əsas dəyərlərə sadiq qaldığını deyib.

O bildirib ki, Yaponiya hökuməti bu mövqeyə əsaslanaraq Bolivar Respublikasında demokratiyanın bərpası və vəziyyətin sabitləşdirilməsi üçün G7 də daxil olmaqla, digər iştirakçı ölkələrlə əməkdaşlığı davam etdirəcək.

Siyasətçi əlavə edib ki, Yaponiya hökuməti Venesueladakı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün səylərini göstərəcək.

Yanvarın 3-də ABŞ Venesuelaya hərbi əməliyyat həyata keçirib və paytaxt Karakasda, eləcə də Fort Tiuna hərbi bazasında partlayışlar baş verib. Hücumlardan sonra ABŞ Prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandıraraq ABŞ qüvvələrinin Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını əsir götürdüyünü açıqlayıb. Ağ Ev rəhbəri Maduronun artıq prezident olmadığını və ABŞ-nin hakimiyyətin keçidinə qədər Venesuelaya nəzarəti ələ keçirdiyini vurğulayıb.

Bundan əvvəl Venesuela hökuməti Maduro və həyat yoldaşını azad etmək üçün xüsusi komissiya yaratmışdı.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Sabah bu iki qəsəbədə qaz OLMAYACAQ 23:01 "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş insidentin GÖRÜNTÜLƏRİ - VİDEO 22:52 Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər 22:41 Polşa və Rumıniyadakı dron insidentləri ilə bağlı NATO Rusiyanı ittiham etdi 22:34 Əkrəm İmamoğlu CHP-dən istefa verdi 22:18 AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi 22:09 Bakıda avtobusda yanğın baş verdi - VİDEO 21:58 "Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı 21:49 Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 "Bu, İrana vurulan zərbədir" – SEPAH komandanı İraqı fikrindən daşındırmağa çalışır 21:20 Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ 18:57 “İmişli” Ayxan Abbaszadəni heyətinə qatdı! 20:53 Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var 20:43 İlin ikinci Günəş tutulması başladı 20:26 Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI! 19:58 Robert Gilmanın azadlığı Rusiya-ABŞ münasibətlərinə nə vəd edir? – Ramiz Yunus AÇIQLADI 19:46 Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu? 19:29 “Sabah” ABŞ-li basketbolçu Frenki Fidleri heyətinə qatdı! 19:22 Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Bütün Xəbərlər