"Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab

"Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab
18.08.2026 16:56

Qətər XİN-i İran pilotlarının saxlanılması ilə bağlı Tehranın iddialarını təkzib edib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari Tehranın əmirliyin iranlı pilotları saxladığı barədə iddialarının həqiqətə uyğun olmadığını bildirib.

İran tərəfinin saxlanılan pilotlarla bağlı açıqlamalarını şərh edən diplomat bu iddiaların media qarşısında səsləndirilməsi üçün heç bir əsasının olmadığını və məntiqsiz olduğunu qeyd edib.

Əl-Ənsarinin sözlərinə görə, İranın hərbi təyyarələri Dohaya zərbə endirmək məqsədilə Qətərin hava məkanına daxil olub və pilotlar xəbərdarlıqlara məhəl qoymadıqdan sonra təyyarələr vurulub. Onun sözlərinə görə, martın 19-da pilotlardan birinin qalıqları aşkarlanıb və daha sonra İran nümayəndə heyətinə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı isə aprelin 6-da başa çatıb.

Qətər həmçinin İranın texniki qrupunu axtarış-xilasetmə işlərinin təfərrüatları ilə tanış olmaq üçün ölkəyə dəvət edib. Lakin dəvət qüvvədə qalmasına baxmayaraq, Tehran buna cavab verməyib.

Avqustun 15-də İran Silahlı Qüvvələri Baş Qərargahının itkin düşmüş şəxslərin axtarışı üzrə komitəsinin rəhbəri Məhəmməd Bağerzadə üç iranlı pilotun mart ayında qırıcı təyyarələrinin qəzaya uğramasından sonra Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. O, Beynəlxalq Qızıl Xaç Komitəsini pilotlara baş çəkməyə və onların azad edilməsinə kömək göstərməyə çağırıb.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi ABŞ və İran arasında yeni atəşkəs sazişinin bağlanmasının mümkünlüyünü açıqlayıb.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 В Турции микроавтобус съехал в кювет и перевернулся 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Сильные солнечные ожоги повышают риск рака 15:01 Трамп назвал Ормузский пролив новой территорией США 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 В Испании произошло землетрясение магнитудой 4,8: пострадали три человека 14:47 Все новости