Polşada qərar dəyişdi: Minlərlə ukraynalı evsiz qala bilər

Polşada qərar dəyişdi: Minlərlə ukraynalı evsiz qala bilər
03.07.2026 03:37

İyulun 1-dən etibarən Polşada ukraynalı qaçqınlarla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib. Artıq dövlət kollektiv yerləşdirmə mərkəzlərində yaşayan qaçqınların əksəriyyətinin yaşayış xərclərini qarşılamayacaq.

TodayPress TV xəbər verir ki, Polşa hökuməti bu qərarı ukraynalı qaçqınların böyük hissəsinin artıq işləməsi və özünü təmin edə bilməsi ilə əsaslandırıb.

Yeni qaydalara əsasən, ödənişsiz yaşayış hüququ yalnız əlilliyi olan şəxslər, hamilə qadınlar, Polşa pensiyası almayan və ölkədə yaxın qohumları olmayan pensiyaçılar üçün saxlanılacaq.

Yerləşdirmə mərkəzlərinin rəhbərlərinin qiymətləndirməsinə görə, dəyişikliklər hazırkı sakinlərin təxminən 40 faizinə, əsasən də uşaqlı tənha analara təsir edəcək. Hüquq müdafiəçiləri bildirirlər ki, bəzi ailələr kirayə haqqını ödəyə bilmədikləri üçün mənzilsiz qalmaq riski ilə üzləşə bilər.

Polşa hakimiyyəti isə ən çətin vəziyyətdə olan şəxslərin müraciətlərinə fərdi qaydada baxılacağını açıqlayıb. Həmçinin uşaqların əlavə ödəniş etmədən bu mərkəzlərdə qalmasını təmin edəcək qanunvericilik dəyişiklikləri hazırlanır. Polşanın ailə, əmək və sosial siyasət naziri Agneşka Dzemyanoviç-Bonk ehtiyacı olan heç kimin yardımsız qalmayacağını bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 AVQUST 2026
İsrail HƏMAS komandirlərini vurdu 20:04 Dəhşətli QƏZA: Maşın vuran piyadalardan biri öldü, digəri isə… 19:52 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Bütün Xəbərlər