Cənubi Koreya hərbi hazırlığa başladı: 500 min dron operatoru yetişdiriləcək

Cənubi Koreya hərbi hazırlığa başladı: 500 min dron operatoru yetişdiriləcək
26.06.2026 08:34

Cənubi Koreya Silahlı Qüvvələrində təxminən 500 min hərbçiyə pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üzrə təlim keçilməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri An Kyu-bak brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, məqsəd yerli dron sənayesini inkişaf etdirmək və 500 min dron operatoru hazırlamaqdır.

Nazir bildirib ki, gələcəkdə dronlar yalnız ixtisaslaşmış bölmələrin istifadə etdiyi vasitə deyil, hər bir əsgərin ikinci şəxsi silahı kimi tətbiq olunmalıdır.

An Kyu-bakın sözlərinə görə, 2026-cı ilin sonunadək qoşunlara təlim məqsədilə təxminən 11 min pilotsuz uçuş aparatı veriləcək. Bu göstəricinin 2029-cu ilədək 60 minə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Cənubi Koreya hökuməti bu planları ilk dəfə 2025-ci ilin ikinci yarısında açıqlamışdı. 2025-ci ildə ölkə Silahlı Qüvvələrinin aktiv heyətinin sayı təxminən 450 min nəfər olub.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Хуситы подбили саудовское судно — члены экипажа погибли 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Глаза прикованы к историческому визиту Ильхама Алиева в Нахчыван — первому после войны 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Прикаспийские страны соберутся в Иране 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 В прямом эфире распространили новость о смерти британского короля 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Социальный джетлаг(jetlag) может нарушить режим сна 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 Заявление ЦИУТ по поводу «радаров, фиксирующих автомобили сзади» 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Все новости