Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu

Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu
04.08.2026 16:57

Böyük Britaniyanın Baş naziri Endi Börnhem vəzifəyə başladıqdan cəmi iki həftə sonra məzuniyyətə çıxıb. Bu qərar ölkə müxalifətinin sərt reaksiyasına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "The Times" nəşrinə istinadən "RBC-Ukrayna" məlumat yayıb.

Məlumata görə, Börnhem yaxın köməkçilərinin tövsiyəsi ilə məzuniyyətə çıxmağa razılaşıb. Bildirilir ki, Makerfilddə keçirilən əlavə seçkilər zamanı apardığı intensiv seçki kampaniyası və baş nazir vəzifəsinə hazırlıq prosesi onun istirahətə ehtiyac duymasına səbəb olub.

Dauninq Strit baş nazirin ailəsi ilə harada istirahət etdiyini açıqlamayıb. Bununla belə, onun səfəri zamanı şəxsi mühafizəçilərin də yanında olduğu qeyd edilib.

Baş nazirin sözçüsü bildirib ki, hökumətin fəaliyyəti fasiləsiz davam edir:

"Hökumət normal fəaliyyətini davam etdirir. Baş nazir rəsmilərlə əlaqə saxlayır, görüşlər keçirir və hökumətin işi barədə mütəmadi məlumat alır."

Məlumata əsasən, hökumətin ən yüksək vəzifəli üzvlərindən biri olan birinci dövlət katibi Luiz Hey bu həftə hökumətin işini koordinasiya edəcək. Lakin o, baş nazir səlahiyyətlərini icra etməyəcək.

Müxalifətdəki Reform UK Partiyasının lideri Li Anderson isə Börnhemin məzuniyyət qərarını tənqid edib.

Anderson bildirib ki, baş nazir vəzifəyə gəldikdən cəmi iki həftə sonra istirahətə getməsi düzgün addım deyil və bunu hökumətin miqrasiya siyasəti ilə əlaqələndirib.

Qeyd edək ki, Endi Börnhem bir neçə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüş keçirmişdi. Bundan başqa, Britaniya mediasında Rusiyanın yeni baş nazirin qarşısında ciddi xarici siyasət sınaqları yaradacağı barədə də qiymətləndirmələr yer alıb.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
Bu miqrantlar üçün Rusiyanın “qapısı bağlandı” - Putindən QƏRAR 19:11 Putin və Braziliyalı həmkarı Ukrayna ilə bağlı nə danışdı? 18:56 SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 В Иране произошел мощный взрыв 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Эта страна «прячет» ядерные отходы — ПЕРВАЯ в мире 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 Новая карта вывода израильских войск: примечательное предложение Ливана 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 Т-72: Самый долговечный образец советской бронетехники 17:12 Причастно ли правительство Марокко к миграционному кризису в Сеуте? — Испания проводит расследование 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Пожар в многоэтажном доме: спасены 16 человек 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Неожиданный трансфер! Перес раскрыл секрет «Ред Булл» 15:55 Все новости