Braziliya rəsmisi: "ABŞ-nin İran zərbələri nüvə silahı yarışını sürətləndirə bilər"

Braziliya rəsmisi: "ABŞ-nin İran zərbələri nüvə silahı yarışını sürətləndirə bilər"
23.06.2025 02:00 Dünya

ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-i gecə vaxtı İranda nüvə obyektlərinə endirdiyi zərbələr, dünyanın bir çox ölkəsində hakimiyyətləri öz təhlükəsizliyi naminə nüvə silahı hazırlamağa sövq edə bilər.

TodayPress TV xəbər verir ki, bu fikirlə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selsu Amorim çıxış edib.

Amorim bildirib ki, ABŞ-nin bu hücumları əslində Ağ Evin əsas məqsədinə – digər ölkələrin "kütləvi ölüm silahı" əldə etməsinin qarşısını almağa zidd təsir göstərəcək:

“Amerikalılar əslində ölkələri nüvə silahı yaratmağa itələyirlər. Bu halda cavab reaksiyası çox ciddi olacaq”, - deyə braziliyalı diplomat xəbərdarlıq edib.

Amorim onu da vurğulayıb ki, ABŞ rəhbərliyinin bu cür addımları nəzarətdən çıxan təhlükəli bir vəziyyətin yaranmasına səbəb olur:

“Bu sözləri Braziliya hökuməti adından demirəm. Amma hesab edirəm ki, hazırda çox təhlükəli bir mərhələdən keçirik”.

Qeyd edək ki, Braziliya rəsmiləri ilk dəfə olaraq ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını rəsmi şəkildə şərh ediblər. Ölkənin kənd təsərrüfatının inkişafı naziri Paulo Teyşeyra bildirib ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq hüquq normalarını və ABŞ qanunlarını pozub.

ABŞ-nin son hərbi addımlarına qarşı tənqidlər yalnız Braziliyadan deyil, həmçinin Boliviya, Venesuela, Kuba və Çili rəhbərliyindən də səsləndirilib.

Töhfə Səməd

XƏBƏR LENTİ
18 AVQUST 2026
Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 Bütün Xəbərlər