Avropa ABŞ-nin texnologiya nəhənglərindən imtina edir

Avropa ABŞ-nin texnologiya nəhənglərindən imtina edir
03.02.2026 21:45

Avropada hökumətlər və qurumlar ABŞ-nin Böyük Texnologiya şirkətlərinin rəqəmsal xidmətlərindən istifadəsini azaltmağa, yerli və ya pulsuz alternativlərə müraciət etməyə çalışırlar.  

TodayPress TV xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb. 

Məlumata görə, Fransa hökuməti 2,5 milyon dövlət qulluqçusunun 2027-ci ilə qədər “Zoom”, “Microsoft Teams”, “Webex” və “GoTo Meeting” daxil olmaqla ABŞ provayderlərinin video konfrans vasitələrindən istifadəni dayandıracağını və yerli xidmət olan “Visio”ya keçəcəyini elan edib: 

"Məqsəd güclü və suveren bir vasitəyə güvənərək qeyri-Avropa həllərinin istifadəsinə son qoymaq, ictimai elektron rabitənin təhlükəsizliyini və məxfiliyini təmin etməkdir". 

Eyni zamanda, dövlət qulluğu naziri Devid Amiel bildirib ki, onlar elmi mübadilələrinin, həssas məlumatlarının və strateji innovasiyalarının qeyri-Avropalılara açıqlanması riskini daşıya bilməz. 

“Microsoft” bunlara cavab olaraq vurğulayıb ki, Fransa hökuməti ilə sıx əməkdaşlıq etməyə və dövlət qurumları üçün təhlükəsizlik, məxfilik və rəqəmsal etimadın vacibliyinə hörmətlə yanaşmağa davam edir: 

"Şirkət müştərilərə daha geniş seçim, daha güclü məlumatların qorunması və davamlı bulud xidmətləri təqdim etməyə, məlumatların Avropa qanunlarına əsasən, güclü təhlükəsizlik və məxfilik qorunması ilə Avropada qalmasını təmin etməyə yönəlib". 

Qeyd edək ki, “Zoom”, “Webex” və “GoTo Meeting” şərh sorğularına cavab verməyib. 

Bundan əlavə, Avstriyada əsgərlər ordu “Microsoft Office” proqramını ləğv etdikdən sonra hesabat yazmaq üçün açıq mənbəli ofis proqramlarından istifadə ediblər. Həmçinin Almaniya əyalətindəki bürokratlar da inzibati işləri üçün pulsuz proqram təminatına müraciət ediblər. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
19 июня 2026
İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı 12:12 NATO Ankaraya yığışır - Türkiyədən baxdıqda Rusiyanın alovları görünür 12:09 Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olundu 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 Dünya çempionatında ağır zədə: iki ayaq sümüyü sınan futbolçu mundialla vidalaşdı 10:38 Ermənistanda bütün vətəndaşlar pulsuz tibbi xidmət alacaq 10:30 Paşinyan yolun sonuna gəldi, müxalifət birləşib onu devirəcək 10:25 Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər - Fantastik məbləğ... 10:14 Azərbaycan nefti son günlərin ən aşağı həddinə düşdü 10:04 Sülh imzalanıb, bombardıman isə davam edir 09:54 DÇ-2026: Ev sahibi Avstraliyaya qarşı 09:47 Qiymətli metallar bazarında növbəti dəyişiklik - Gümüşün qiyməti... 09:43 Qaz sektorunda dalğalanma davam edir 09:20 Fyuçerslər oynayır - neft yenidən ucuzlaşdı 09:11 ABŞ İranın vurduğu "cüzi" ziyanı yığıb-yığışdıra bilmir - Pentaqon təcili müraciət etdi 09:02 Norveçdə altı yaşlı uşaq 1300 illik vikinq qılıncı tapdı - FOTO 00:01 Все новости