Norveçdə altı yaşlı uşaq 1300 illik vikinq qılıncı tapdı - FOTO

Norveçdə altı yaşlı uşaq 1300 illik vikinq qılıncı tapdı - FOTO
19.06.2026 08:00

Norveçdə 6 yaşlı oğlan məktəb ekskursiyası zamanı təsadüfən 1 300 illik qılınc tapıb. Tarixi tapıntının vikinqlər dövründə yaşamış bir döyüşçüyə məxsus olduğu ehtimal edilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Goodnews Network" nəşri məlumat yayıb.

Henrik adlı oğlan kəşfini Hadeland tarixi vilayətinin Qran rayonuna səfər zamanı edib. Gəzinti zamanı yerdən çıxan paslı metal əşya görən uşaq onu böyüklərə göstərmək qərarına gəlib. İlk baxışdan tapıntı adi dəmir parçası kimi görünsə də, onlar dərhal mədəni irsin qorunması üzrə mütəxəssislərlə əlaqə saxlayıblar. Mütəxəssislərin araşdırması nəticəsində əşyanın yüksək tarixi dəyərə malik olduğu təsdiqlənib.

Məlum olub ki, Henrik "skramasaks" tipli qədim dəmir qılınc tapıb. Uzun və təktərəfli bıçağa malik bu silah erkən orta əsrlərdə Şimali Avropada geniş istifadə edilib. Belə silahlar həm döyüşdə, həm də gündəlik həyatda istifadə olunurdu.

Tədqiqatçıların fikrincə, qılınc erkən vikinqlər dövrünə aiddir. Mütəxəssislər bıçaq hissəsinin Norveçdə deyil, Merovinqlər dövründə oxşar silahların geniş yayıldığı Frank krallığında istehsal olunmuş ola biləcəyini də istisna etmirlər.

Araşdırmadan sonra qılınc Oslodakı Mədəniyyət Tarixi Muzeyinə təhvil verilib. Hazırda mütəxəssislər tarixi əşyanın konservasiyası və ətraflı tədqiqi ilə məşğul olurlar(oxu.az).




TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
80 il əvvəl baş verən inanılmaz hadisə: ABŞ Aya siqnal göndərdi 22:44 Soyuducunun dəyişdirilməli olduğunu göstərən əlamətlər - DİQQƏT 22:54 Süni intellekt “canlı” virus yaratdı: Alimlər TƏHLÜKƏDƏN narahatdır 23:01 Təbiətin möcüzəsi: Yerin altında “inci xəzinəsi” tapıldı 23:05 5 qat NBA çempionu vəfat etdi 23:09 Zelenski qışla bağlı həyəcan təbili çaldı: “Heç biri salamat deyil” 23:14 Cəlilabadda güclü partlayış: transformator alışıb yandı - VİDEO 00:58 Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı 23:18 Kanadada sakinlər helikopterlə təxliyə edildilər - DƏHŞƏTLİ MƏNZƏRƏ 23:53 Türkiyə Qara dənizin qapılarını açdı: Tankerlər hərəkətə keçdi 23:22 Azərbaycan müharibə vaxtı İrana necə kömək edib? - “2 saat çəkmədi ki…” 22:36 Trampın qolf klubuna iki təyyarə yaxınlaşdı: F-16-lar təcili müdaxilə etdi - VİDEO 22:48 Trampdan İranla bağlı müəmmalı çıxış: “Səssiz hərəkət edirik” 22:28 İran Hörmüz boğazında qaydaları dəyişdi: Bu gəmilər keçə bilməyəcək 22:24 İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı 21:57 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 21:23 Tramp İranla nüvə sazişi qarşılığında bunu istəyir - Siyasi “alver” 21:05 Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var 20:40 Həkim olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR 20:25 HƏMAS-dan şərt: Atəşkəs üçün bu addımlar atılmalıdır 19:55 Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ 19:37 Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ 19:02 Neft Terminalındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ 16:36 ABŞ PUA-sı Cibutidə yerə çırpıldı - VİDEO 18:49 Bütün Xəbərlər