Sənədsiz evlər üçün amnistiya elan ediləcək - RƏSMİ

Sənədsiz evlər üçün amnistiya elan ediləcək - RƏSMİ
19.06.2026 11:47

Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub.

TodayPress TV xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.

Deputat bildirib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev mövcuddur: “Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda müəyyən tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahatlara ehtiyac var. Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmirlər. Qeydiyyata düşə bilmədikləri üçün yaşadıqları ərazi üzrə dövlət xidmətlərindən tam şəkildə yararlana bilmir, evlərinə qaz çəkdirə bilmirlər. Ailə başçısı vəfat etdikdə vərəsəlik hüququnun rəsmiləşdirilməsi çətinləşir, əmlakın övladlara qanuni qaydada ötürülməsində problemlər yaranır.

Boşanma zamanı da tərəflər mənzil üzərində hüquqi iddia irəli sürməkdə çətinlik çəkirlər. Sənədsiz evlər hazırda bazar dəyərindən 20-30 faiz aşağı qiymətə satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Nəticədə vətəndaş öz evini kapitala çevirərək kiçik biznes qurmaq imkanından məhrum olur. Başa düşürəm ki, bu, çox mürəkkəb və məsuliyyəti ağır olan məsələdir. Riskli tərəfləri də kifayət qədərdir. Lakin sənədsiz evlərlə bağlı dünya təcrübəsi, o cümlədən Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə "İmar Barışı" proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi həcmində ilkin ödəniş etməklə çıxarış alıb. Biz də buna bənzər təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji təyinatlı torpaqlarda yerləşən, eləcə də mübahisəli statusa malik evlər istisna olmaqla, digər sənədsiz evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımıza, o cümlədən dövlət büdcəsinə milyardlarla manat həcmində əlavə və davamlı dəyər qazandıra bilər. Ona görə də təklif edirəm ki, sənədsiz evlərlə bağlı Şəhərsalma və Memarlıq İlində amnistiya elan olunsun. Bununla bağlı xüsusi dövlət proqramı qəbul edilsin və məsələ mərhələli şəkildə həllini tapsın”.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı 17:18 İran və ABŞ uranın zənginləşdirilməsi səviyyəsini azaltmaq barədə razılığa gəldilər 17:04 Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Bütün Xəbərlər