Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi

Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi
25.06.2026 17:48

Fransa Siciliya sahilləri yaxınlığında Rusiya ilə əlaqəli olduğu bildirilən neft tankerini saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində paylaşım edib.

Makronun sözlərinə görə, "Deliver" adlı neft tankeri dəniz hüququnun tələblərini pozaraq Siciliya sahillərindən keçərkən Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən yoxlanılıb.

Kamerun bayrağı altında üzən və Rusiyanın Primorsk limanından yola çıxan gəmi Fransa hərbi gəmilərinin müşayiəti ilə əlavə yoxlamalar üçün lövbər dayanacağına yönləndirilib.

Fransa Prezidenti bildirib ki, "Deliver" Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün istifadə olunduğu iddia edilən "kölgə donanması" ilə əlaqəlidir.

Makron vurğulayıb ki, Fransa "kölgə donanması"nın sanksiyalardan yayınmasına və Rusiyanın hərbi fəaliyyətinin maliyyələşdirilməsinə imkan verməyəcək.

Qeyd edək ki, Fransa ötən ilin sentyabrından bəri Rusiya ilə əlaqəli olduğu ehtimal edilən daha dörd gəmini yoxlayıb. Avropa İttifaqının sanksiya siyahısında isə Rusiyanın "kölgə donanması"na aid olduğu iddia edilən 600-ə yaxın gəmi yer alır.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
25 июня 2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi 20:25 Ermənistan parlamentində dəyişiklik - Yeni sədr kim olacaq? 19:44 Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü 20:07 Muxtar Babayev Antonio Quterreş ilə görüşüb 19:46 Litva-Belarus sərhədi yaxınlığında uçuşlar bu tarixə qədər bağlandı 19:34 Roma: Bazalarımızın İrana qarşı istifadə olunmasına icazə verməmişik 19:29 Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır 19:03 İsrailin özünümüdafiə hüququ var - Vens 19:01 Qaqik Tsarukyanın toxunulmazlığı ləğv edilir? 18:41 Venesuela Azərbaycana təşəkkür etdi 18:19 "Səbail" öz yetirməsini geri qaytardı 18:11 CZ 805 BREN: Müasir modulyar silahların etibarlı nümayəndəsi 18:08 Parlamentin qarşısında oturub üsyan edəcəklər - 40 deputat rəhbərə qarşı birləşdi 18:08 Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq 17:50 Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi 17:48 Britaniya "böyüksüz qaldı", ruslar ələ salır – İstefaların ilginc səbəbi nədir? 17:37 Təyyarə yerə çırpıldı, ölənlər var - VİDEO 17:36 Savaş bitdi, Tehran sorğuya başladı: İrana zərbə vuran ABŞ təyyarələri haradan qalxıb? 17:33 Uşaqlar, prezidentinizə deyin ki, bizi müharibəyə sürükləsə... 17:25 Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə 16:12 Həftəsonu planı olanların DİQQƏTİNƏ: Hava kəskin dəyişir 17:16 Türkiyə və daha 6 ölkə üçün dünya çempionatı bitdi 17:09 Sübutsuz, hökmsüz Şvabe... 16:49 Prezident səfiri geri çağırdı - SƏRƏNCAM 16:40 "İntellektual gömrük" informasiya sistemi yaradılır 16:37 Все новости