Britaniya "böyüksüz qaldı", ruslar ələ salır – İstefaların ilginc səbəbi nədir?

Britaniya "böyüksüz qaldı", ruslar ələ salır – İstefaların ilginc səbəbi nədir?
25.06.2026 17:37

Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verdi. Onun bu qərarı Rusiyada böyük diqqət çəkdi. Rusiya rəsmiləri hesab edirlər ki, Starmerin gedişi Qərbin yürütdüyü siyasətin uğursuzluğudur.

Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bəyan etdi ki, Starmerin "müharibəpərəst və yanlış siyasətini" hamılıqla ifşa etdilər və buna nail oldular. O, Almaniyanın yeni kansleri Fridrix Mertsi də hədəf göstərərək dedi: "Starmer Britaniyanı qoruya bilmədi və Qərb sivilizasiyasını məhv edirdi. Əgər siyasətini dəyişməsə, növbə Mertsindir".

Kremlin sözçüsü Dmitri Peskov da mövzuya münasibət bildirdi. Peskov xatırlatdı ki, Starmer Ukraynaya ən çox dəstək verən liderlərdən biri olub. Amma Kreml rəsmisinin fikrincə, bu istefa Londonun Rusiyaya qarşı "düşmən" mövqeyini dəyişməyəcək. Peskov bildirdi ki, Starmer Rusiya ilə münasibətləri həmişə sıfır səviyyəsində saxlayıb. İndi də Britaniya siyasətində Rusiyaya fərqli baxacaq heç kim yoxdur.

Bəs, əsl reallıq nədir? Starmerin uğursuzluğunun əsas səbəbi həqiqətənmi onun Rusiyaya qarşı apardığı siyasətdir? Almaniyada Mertsə qarşı bənzər bir "iflas" ssenarisi realdırmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazinin fikrincə, Starmerin istefası heç də Rusiya yetkililərinin izah etdiyi kimi onun Rusiyaya qarşı yürütdüyü siyasətlə bağlı deyil:


“Bunun üçün ciddi faktiki əsas da yoxdur. İstefanın səbəbləri daxili siyasətlə – populyarlığın kəskin azalması, yerli seçkilərdə uğursuz nəticələr, liderlik böhranı və ən əsası Leyboristlərin partiyadaxili  narazılıqları ilə daha çox əlaqələndirilir. Starmerin istefası bu baxımdan Rusiya siyasətçilərinin uydurduqları “səhv Rusiya siyasəti”dən baş vermədi. Böyük Britaniya kimi ölkələrdə aşağı reytinq və yerli seçkilərdə zəif çıxış etmək bu kimi istefalara səbəb olur. Partiya daxilində liderə qarşı üsyan, partiya funksioneri Endri Bernem ətrafında formalaşan alternativ liderlik mərkəzi, ölkənin Baş nazirinin siyasi "iflasına" səbəb olan iqtisadi və sosial problemlər, immiqrasiya siyasəti, eləcə də digər daxili məsələlərlə bağlı narazılıqlar istefanı şərtləndirən əsas amillərdir. Putinin xüsusi nümayəndəsi Kiril Dimitriyevin sosial şəbəkə hesabında "biz bunu birlikdə etdik" yazaraq ölkənin Baş naziri Starmerin müharibəpərəst siyasətini ifşa etdiklərini iddia etməsi, əslində, Rusiyanın siyasi təbliğat xarakterli qiymətləndirməsi kimi dəyərləndirilməlidir”.

Analitikin şərhinə görə, istefanın səbəbləri Dmitriyevin qeyd etdiklərindən çox uzaqdır və ola bilməz:

 “Bu, sadəcə, ritorikadır. Almaniya kansleri Fridrix Merts də eyni şəkildə hədəfə alınır və ona ünvanlanan mesaj belədir: əgər siyasətini dəyişməzsə, "növbəti gedən o ola bilər". Bu, siyasi manipulyasiya olmaqla yanaşı, informasiya müharibəsinin elementlərini özündə ehtiva edən xəbərdarlıq xarakterli siyasi mesaj kimi də qiymətləndirilə bilər.

Dmitri Peskovun isə məsələ ilə bağlı ehtiyatlı mövqe sərgiləməsi göstərir ki, Moskva Britaniyanın siyasətini bir nəfərin deyil, dövlət siyasətinin məhsulu hesab edir və Starmerin istefasının Londonun Rusiyaya münasibətini dəyişəcəyinə inanmır. Fridrix Merts son illərdə Almaniyada Rusiyaya qarşı ən sərt mövqe nümayiş etdirən siyasətçilərdən biridir və Moskva bunu Avropada qarşıdurmanı dərinləşdirən siyasi xətt kimi təqdim edir. Lakin Starmerlə Mertsi müqayisə etmək doğru yanaşma deyil. Buna görə də Britaniya ilə Almaniyanın daxili siyasi vəziyyətini eyniləşdirmək də düzgün olmaz”.

Çingiz Şahbazi qeyd edib ki, Mertsin hakimiyyətdən getməsi üçün ya hakim koalisiya dağılmalı, ya da ciddi siyasi böhran yaranmalıdır. Hazırda ona qarşı müəyyən tənqidlər səslənsə də, mövqeyinin Starmerinki qədər zəiflədiyini göstərən genişmiqyaslı siyasi əsaslar yoxdur. 

“Bu səbəbdən Rusiyanın bu cür bəyanatlarını daha çox Avropa ictimai rəyinə təsir göstərməyə yönəlmiş informasiya-siyasi təsir cəhdi kimi qiymətləndirmək olar”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Qaqik Tsarukyanın toxunulmazlığı ləğv edilir? 18:41 Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür etdi 18:19 "Səbail" öz yetirməsini geri qaytardı 18:11 CZ 805 BREN: Müasir modulyar silahların etibarlı nümayəndəsi 18:08 Parlamentin qarşısında oturub üsyan edəcəklər - 40 deputat rəhbərə qarşı birləşdi 18:08 Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq 17:50 Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi 17:48 Britaniya "böyüksüz qaldı", ruslar ələ salır – İstefaların ilginc səbəbi nədir? 17:37 Təyyarə yerə çırpıldı, ölənlər var - VİDEO 17:36 Savaş bitdi, Tehran sorğuya başladı: İrana zərbə vuran ABŞ təyyarələri haradan qalxıb? 17:33 Uşaqlar, prezidentinizə deyin ki, bizi müharibəyə sürükləsə... 17:25 Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə 16:12 Həftəsonu planı olanların DİQQƏTİNƏ: Hava kəskin dəyişir 17:16 Türkiyə və daha 6 ölkə üçün dünya çempionatı bitdi 17:09 Sübutsuz, hökmsüz Şvabe... 16:49 Prezident səfiri geri çağırdı - SƏRƏNCAM 16:40 "İntellektual gömrük" informasiya sistemi yaradılır 16:37 Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu 16:34 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi 16:31 Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM 16:28 Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü - FOTO 16:17 Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları 16:05 Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi - FƏRMAN 16:00 Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi 15:52 Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi 15:47 Bütün Xəbərlər