"İntellektual gömrük" informasiya sistemi yaradılır

"İntellektual gömrük" informasiya sistemi yaradılır
25.06.2026 16:37

“İntellektual gömrük” informasiya sistemi yaradılıb.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, “İntellektual gömrük” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

Fərmanla müəyyən edilib ki, İGİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

Dövlət Gömrük Komitəsi İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, İGİS-in “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq 17:50 Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi 17:48 Britaniya "böyüksüz qaldı", ruslar ələ salır – İstefaların ilginc səbəbi nədir? 17:37 Təyyarə yerə çırpıldı, ölənlər var - VİDEO 17:36 Savaş bitdi, Tehran sorğuya başladı: İrana zərbə vuran ABŞ təyyarələri haradan qalxıb? 17:33 Uşaqlar, prezidentinizə deyin ki, bizi müharibəyə sürükləsə... 17:25 Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə 16:12 Həftəsonu planı olanların DİQQƏTİNƏ: Hava kəskin dəyişir 17:16 Türkiyə və daha 6 ölkə üçün dünya çempionatı bitdi 17:09 Sübutsuz, hökmsüz Şvabe... 16:49 Prezident səfiri geri çağırdı - SƏRƏNCAM 16:40 "İntellektual gömrük" informasiya sistemi yaradılır 16:37 Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu 16:34 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi 16:31 Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM 16:28 Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü - FOTO 16:17 Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları 16:05 Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi - FƏRMAN 16:00 Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi 15:52 Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi 15:47 Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir? 15:21 Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı 15:11 Paşinyan Azərbaycana görə hər kəsi qarşısına aldı 14:59 MM-in növbədənkənar sessiyasında bu məsələlər müzakirə olunacaq 14:59 Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2 10:00 Bütün Xəbərlər