Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur"

Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur"
04.08.2026 16:26

Ermənistan Xarici İşlər Nazirliyi ölkədə Avropa İttifaqından deportasiya olunan qanunsuz miqrantlar üçün saxlama mərkəzinin yaradılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Armenpress" dövlət xəbər agentliyinin sorğusuna cavabında bildirib.

Onun sözlərinə görə, belə bir məsələ Yerevanla müzakirə olunmayıb və Ermənistan tərəfinə bununla bağlı heç bir rəsmi təklif təqdim edilməyib.

"Bizə belə bir təklif daxil olmayıb. Bu məsələ bizimlə müzakirə edilməyib", – deyə Ani Badalyan vurğulayıb.

Qeyd edək ki, avqustun 3-də "Euronews" telekanalı Avropa İttifaqının Ermənistan da daxil olmaqla bir sıra ölkələrdə qanunsuz miqrantlar üçün saxlama mərkəzlərinin yaradılması təklifini avqustun 4-də keçiriləcək Aİ Şurasının iclasında müzakirə edəcəyini bildirmişdi. Ermənistan Xarici İşlər Nazirliyi isə bu məlumatın ölkə ilə razılaşdırılmadığını açıqlayıb.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 В Иране произошел мощный взрыв 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Эта страна «прячет» ядерные отходы — ПЕРВАЯ в мире 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 Новая карта вывода израильских войск: примечательное предложение Ливана 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 Т-72: Самый долговечный образец советской бронетехники 17:12 Причастно ли правительство Марокко к миграционному кризису в Сеуте? — Испания проводит расследование 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Пожар в многоэтажном доме: спасены 16 человек 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Неожиданный трансфер! Перес раскрыл секрет «Ред Булл» 15:55 Нетаньяху поднимает армию на ноги — кто под прицелом: Иран, Ливан, Газа или Сирия? 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 Все новости