Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər

Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər
30.08.2025 11:50 Dünya

Avropa İttifaqı (Aİ) İrana qarşı birtərəfli sanksiyaları bərpa edə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi görüşündən əvvəl bəyanatla çıxış edib.

Nazirin sözlərinə görə, əgər Tehranla nüvə proqramı üzrə danışıqlar növbəti 30 gün ərzində nəticə verməzsə və BMT Təhlükəsizlik Şurasının əvvəlki sanksiyaları yenidən qüvvəyə minərsə, Avropa İttifaqı da öz sanksiyalarını bərpa edəcək.

Barro xatırladıb ki, Avropa üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya artıq "snapback" mexanizmini işə salmaq qərarı verib. Bu mexanizm 2015-ci il sazişi çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutur. Sanksiyalar maliyyə, bank, enerji və müdafiə sektorlarını əhatə edir.

Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (restriksiyaların aradan qaldırılmasını nəzərdə tutur) müddətinin uzadılması üçün İrana əlavə 30 gün vaxt verməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, həmin qətnamənin müddəti bu il oktyabrın 18-də başa çatır.

“İndi 30 günlük bir dövr başlayır. Əgər bu müddət ərzində İran bizim çox aydın şəkildə ifadə etdiyimiz tələbləri qəbul etməzsə, əvvəlcə BMT sanksiyaları, ardınca isə Avropa İttifaqının sanksiyaları bərpa oluna bilər. Əgər Tehran əməkdaşlığa razılıq versə, bu sanksiyaların tətbiqi təxirə salına bilər. Diplomatiya üçün qapı hələ də açıqdır”, - deyə Barro bildirib. 

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa üçlüyünün qərarını kəskin tənqid edib. O, bu yanaşmanın İranla bağlı niyyətlərin səmimiliyinə dair şübhələri daha da artırdığını və diplomatik həll yollarını çətinləşdirdiyini bildirib.

Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda vurğulayıb ki, Tehran qlobal güclərlə konstruktiv əməkdaşlığı davam etdirməyə, İslam Respublikasının maraqlarını nəzərə almaq şərtilə yeni nüvə sazişi əldə etməyə hazırdır. İranın cavab tədbirləri görəcəyi də bəyan olunub. 

Töhfə Səməd

XƏBƏR LENTİ
16 IYUN 2026
Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Bütün Xəbərlər