ABŞ bazalarına milyardlıq zərər: İsrail yeni hərbi mərkəz ola bilər

ABŞ bazalarına milyardlıq zərər: İsrail yeni hərbi mərkəz ola bilər
28.06.2026 14:20

İran raketlərinin, pilotsuz təyyarələrinin hücumları ABŞ-nin Yaxın Şərqdəki onlarla hərbi və diplomatik obyektinə zərər vurub və ümumi zərər potensial olaraq 5,1 milyard dollara çatıb.

TodayPress TV-nin xəbərinə görə, bu barədə "The Wall Street Journal" araşdırmasının yekununa istinadən məlumat verib.

Nəşrin məlumatına görə, ümumi zərərin 2,2 milyard dollarla 5,1 milyard dollar arasında olduğu təxmin edilir.

Qeyd olunur ki, İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki hərbi dəniz dəstək bazasında (Naval Support Activity Bahrain) ciddi dağıntılar qeydə alınıb. WSJ peyk görüntülərinin məlumatlarına istinad edərək, bu bazaya birbaşa zərbələr vurulduğunu, nəticədə komanda qərargahına, azı on digər binaya və peyk rabitə terminallarına ziyan dəydiyini iddia edib. Yalnız bir bazanın bərpası təxminən 400 milyon dollara başa gələcək.

Vaşinqton həmçinin bazaların müasir dəqiq idarə olunan silahlara qarşı həssaslığını nəzərə alaraq ABŞ-nin bölgədəki hərbi mövcudluğunu nəzərdən keçirir. Mümkün strateji düzəlişin bir hissəsi olaraq, qüvvələrin yenidən bölüşdürülməsi və bir neçə Fars körfəzi ölkəsində mövcudluğun qismən azaldılması müzakirə olunur. Xüsusilə, Bəhreyndəki bazanın yenidən təşkili, ABŞ-nin Küveyt və Səudiyyə Ərəbistanındakı iştirakının azaldılması, bəzi bazaların İranın raket və pilotsuz təyyarə hücumlarına daha az həssas olacağı qərbə köçürülməsi nəzərdən keçirilir.

Bu səbəbdən dağıdılmış obyektlər ümumiyyətlə yenidən bərpa edilməyə bilər. Nəşrin mənbələri hələlik yekun qərarların verilmədiyini vurğulayır, lakin iki mənbə İsrailin hazırda qüvvələrin yerləşdirilməsi üçün yeni yer kimi nəzərdən keçirildiyini bildirib.

Mayda Pentaqon ABŞ-nin İrana qarşı müharibə xərclərini 29 milyard dollar qiymətləndirib, lakin Pentaqonun Maliyyə İdarəsinin rəhbəri Cey Herst Konqresdə bildirib ki, bu rəqəmə bazaların bərpası xərcləri daxil deyil.

ABŞ və İran arasındakı kövrək atəşkəs 27 iyunda iki tərəf Fars körfəzində hücumlar etməyə başladıqdan sonra pozulub. Amerika hərbçisinin sözlərinə görə, ABŞ İranın rabitə və hava hücumundan müdafiə obyektlərini, pilotsuz təyyarələrin və minalama avadanlıqlarının saxlama yerlərini hədəf seçib. Hücuma Hörmüz boğazında neft tankerinə səbəb olub.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
28 июня 2026
Türkiyə və Azərbaycandan tarixi addım: Paxlava UNESCO yolunda 15:18 Fransada təyyarə qəzası: 11 nəfər öldü - FOTO 16:48 Türkiyədə 4,1 bal gücündə zəlzələ oldu 17:16 İrandan ABŞ və İsrailə sərt ittiham: "Cinayəti özləri etiraf ediblər" 17:08 Səudiyyə Ərəbistanında helikopter qəzası: 14 nəfər həlak olu 16:41 Aİ Venesuelaya 5 milyon avro ayırdı 13:41 DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir 16:31 Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı 14:37 Həmin oyundan sonra istefa verəcəyini açıqladı 14:06 Qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərin NƏZƏRİNƏ 14:04 Tehran: Hörmüz boğazına müdaxilə gərginliyi artıracaq 15:37 Türkiyədə əməliyyat: 409 nəfər saxlanıldı 14:01 Dmitri Medvedev Ermənistanı hədələdi 14:55 İsraildən “erməni soyqırımı” ilə bağlı MÜHÜM QƏRAR 14:52 Deputatlarımız Ukraynaya səfər edəcəklər 14:48 Sabah çimərliklərdə hava necə olacaq? 13:39 ABŞ bazalarına milyardlıq zərər: İsrail yeni hərbi mərkəz ola bilər 13:37 Təhlükəli motosiklet sürücüsünü polis saxladı 10:22 Serbiya Ordusu yeni vasitələrini təqdim etdi 13:34 Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqladı 11:26 Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB 12:08 Meksika vətəndaşlarını Venesueladan təxliyə edir 11:42 Rusiyanın neft emalı zavoduna zərbə: Yanğın baş verdi 13:02 Luka Modriç mundiallar tarixinə düşdü 11:39 Sabah hava necə olacaq? - PROQNOZ 12:39 Все новости