4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur

4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur
17.08.2026 13:27

Belçika, Lüksemburq, Niderland və İsveç 1 oktyabr 2026-cı ildən Rusiyanın beş il müddətinə verilən qeyri-biometrik pasportlarını tanımayacaq.

TodayPress TV xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, İsveçdə bəzi Rusiya vətəndaşları üçün istisna tətbiq ediləcək. 

Belə ki, 1 oktyabrdan əvvəl verilmiş Şengen vizası və ya Aİ və Şengen ölkələrində yaşayış icazəsi olan şəxslərin qeyri-biometrik pasportları 31 dekabr 2026-cı ilədək qəbul ediləcək.

Belçika, Lüksemburq və Niderland isə keçid dövrü üçün belə istisna nəzərdə tutmayıb.

Yeni qaydaların qüvvəyə minməsindən sonra Rusiyanın qeyri-biometrik pasportları artıq 15 Avropa ölkəsində tanınmayacaq. Bu sənədlər daha əvvəl Finlandiya, İslandiya, Danimarka, Estoniya, Litva, Latviya, Polşa, Çexiya, Fransa, Almaniya və Rumıniyada qəbul edilmirdi.

Bundan əlavə, Monteneqro da 1 noyabr 2026-cı ildən Rusiya vətəndaşları üçün vizasız rejimi ləğv edəcək. Hazırkı qaydalara əsasən, rusiyalılar oktyabrın 31-dək ölkəyə vizasız daxil olaraq 30 günədək qala bilərlər. Noyabrın 1-dən isə Monteneqroya səfər üçün viza tələb olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Почему отпуск не снимает усталость? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 Серьезная потеря для «Сумгайыта»: Капитан долгое время не сможет помогать команде 14:13 Президент США Дональд Трамп пообещал еще больше усилить экономическое давление на Иран 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Китай запустил в космос новый спутник 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Неожиданное решение призера Олимпиады: Кирпичникова завершила карьеру 13:16 "ХОРОШИЕ РУССКИЕ"— пишет Рамиз Юнус... 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Какая погода будет завтра? — ПРОГНОЗ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Руководитель азербайджанской диаспоры в Москве депортирован 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 Все новости