Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü

Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü
10.08.2026 16:06

“Boston Seltiks”in hücumçusu Ceyson Teytum ötən mövsümün sonunda aldığı zədədən sonra keçdiyi ağır bərpa prosesi barədə danışıb.

TodayPress TV xəbər verir ki, basketbolçu vətərinin qopmasından sonra parketə qayıdacağına şübhə etdiyini etiraf edib.

“Mən həkimin kabinetində oturmuşdum. O, MRT görüntüsünü qoyub vətərimdən keçən xətti göstərirdi. Yadımdadır, orada oturub ağlamağa başladım. Həmin an düşündüm: “Lənət olsun, hər şeyə yenidən başlamalı olacağam”. Sonra “Mən bunu bacarmayacağam” dediyimi xatırlayıram.

Anam üzümü silib dedi: “Heç vaxt nəyisə edə bilməyəcəyini demə. Bütün həyatın boyu qarşına qoyduğun hər şeyə nail olmusan. Mən həmişə olduğu kimi sənin yanında olacağam. Bunun öhdəsindən birlikdə gələcəyik”, – deyə Teytum bildirib.

Basketbolçu qeyd edib ki, müəyyən müddət sonra karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı ciddi şübhələr yaşayıb:

“Bir neçə həftə düşündüm: “Lənət olsun, kifayət qədər pul qazanmışam? Kifayət qədər uğur əldə etmişəm?” Elə anlar olurdu ki, sadəcə anamın evində uzanıb düşünürdüm: “Bəlkə də karyeram başa çatıb””.

Namqi HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
У берегов Омана затонул нефтяной танкер: загрязнено 800 квадратных километров территории 09:45 Mərakeşdən İspaniyaya miqrant axını: 80 min insan! 17:59 Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri 17:31 7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO 17:47 Buxarestdə zəfər: güləşçilərimiz 4 dəfə zirvəyə yüksəldi! 17:37 DİQQƏT! - Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişir 17:16 Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə! 17:33 Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ? 17:10 “Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi 17:03 Dünyada ilk! - iki ölkə arasında kanat yolu olacaq 16:56 Молодые боксеры Азербайджана выступят на чемпионате Европы 16:51 Milyonlarla il əvvəl yox olan heyvanların izi bu gün də qalır – Yeni kəşf 16:22 Niderland Qran-prisi Formula-1”dən gedir: Ferstappendən ilk açıqlama 16:36 Tümendə nəhəng neft-kimya kompleksinə PUA hücumu edildi - VİDEO 16:33 “Biz də çoxlu pul itirdik” – Həbibdən Fələstin etirafı 16:25 Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab 16:14 Uelbek və Hendersonun “Çelsi”yə gəlişinin səbəbi bəlli oldu 16:10 Потеря веса без причины может быть признаком серьезных заболеваний 16:05 Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü 16:00 Azərbaycan əhalisinin gəlirləri 55,6 milyard manatı keçdi – 9,8% ARTIM 15:49 Serxi Robertodan sürpriz seçim: Karyerasını MLS-də davam etdirəcək 15:54 Россия предложила 1 миллион рублей за жизнь ребенка 15:48 До каких пор продлится нестабильная погода? 15:17 Стали известны первые испытания нового сезона в Премьер-лиге 15:28 “Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi 14:17 Все новости