Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Fransa Superkubokunun finalında “Lans”a 0:1 hesabı ilə məğlub olmasının səbəblərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
“Hücumları tamamlamaq bizə çatmadı. Məncə, temp və oyundakı vəziyyətlər çox müsbət idi. Xüsusilə ilk hissədə gördüklərimdən çox razı qaldım. Bu, son oyunlarla müqayisədə “Lans”ın bizə qarşı ən az qol vəziyyəti yaratdığı matç idi.
Nəticədən razı deyiləm, çünki daha artığına layiq idik. Amma “Lans”ı təbrik etməliyəm. Onlar qalib gəldilər və özlərinə xas yüksək intensivliklə yaxşı oynadılar. Bununla belə, komandamın oyununu bəyəndim”, – deyə Enrike bildirib.
Mütəxəssis “Lans”ın hansı aspektlərdə PSJ-dən üstün olduğunu düşünmədiyini də vurğulayıb:
“Heç bir aspektdə. Mənim gördüyüm qədərilə biz daha güclü idik. Bu normaldır, çünki belə oyunlara daha çox öyrəşmişik. Amma atmosferi və onların etdiklərini nəzərə alsaq, çox yaxşı müdafiə olundular. Biz oyuna nəzarət edirdik. Daha aydın qol vəziyyətlərimizin olmasını istəyərdik. Usman Dembele və Nunu Mendeşin belə imkanları oldu. Çox yaxşı oyun keçirdik, amma bəxtimiz gətirmədi”.
Qeyd edək ki, “Lans”ın qələbə qolunu 32-ci dəqiqədə Florian Toven vurub.
Namiq HUN