Mauro İkardi üçün İtaliya variantı: “Latsio” ulduz hücumçunu istəyir!
İtaliyanın “Latsio” klubu yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün namizədlər müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, romalılar hazırda azad agent statusunda olan Mauro İkardi ilə maraqlanır.
Məlumata görə, “Latsio” hücum xəttinin gücləndirilməsi üçün “Sassuolo”nun forvardı Andrea Pinamonti və sabiq “Qalatasaray” futbolçusu Mauro İkardini namizədlər siyahısına daxil edib.
33 yaşlı İkardiyə bir neçə klubdan təklif alıb. Bu səbəbdən “Latsio” argentinalı hücumçunun transferi uğrunda rəqabətlə üzləşə bilər.
İkardi ötən mövsüm Türkiyə çempionatında 31 oyunda iştirak edib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib.
Pinamonti isə ötən mövsüm A Seriyasında 36 matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN