Şok iddia: Ronaldu müqaviləni pozmağa hazır olub

Şok iddia: Ronaldu müqaviləni pozmağa hazır olub
04.02.2026 14:34

“Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu mövcud vəziyyətdən narazı qaldığı üçün müqaviləsini vaxtından əvvəl ləğv etmək ehtimalını nəzərdən keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə The Touchline nəşri X sosial şəbəkəsində məlumat yayıb. 

Bildirilir ki, Ronaldu klub daxilində təsir imkanlarının azaldığını düşünür və artıq əsas qərarların qəbulunda onun fikrinin əvvəlki kimi nəzərə alınmadığını hesab edir.

Mənbə qeyd edir ki, futbolçunun bu narazılığı son dövrlər Səudiyyə Ərəbistanı klubunda özünü xoşbəxt hiss etməməsi ilə bağlı yayılan xəbərlərlə də üst-üstə düşür.

Səudiyyə Ərəbistanının bəzi küçələrində “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun “itkin düşməsi” ilə bağlı ironik elanlar peyda olub.


Elanlarda yerləşdirilən fotonun altında “ailəsi tərəfindən axtarılan, 40 yaşlı və təsəllisiz şəkildə ağlamağa məcbur qalan kişi” ifadəsi yer alıb.

Bu ironik addım son günlər Ronaldunun klubdakı vəziyyətdən narazı qalması və hətta müqaviləsini vaxtından əvvəl ləğv etmə ehtimalını nəzərdən keçirməsi ilə bağlı yayılan xəbərlərin fonunda diqqət çəkib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir. Onun klubla mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq” kimi klubların sabiq futbolçusu olan Ronaldunun transfer dəyəri “Transfermarkt” portalında 12 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Все новости