Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi

Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi
07.08.2026 09:40

İyul ayında hakimlik karyerasını başa vuran sabiq ingiltərəli referi Entoni Teylor Türkiyə Futbol Federasiyasının (TFF) Elit Hakimlər Korpusunun direktoru vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Bildirilir ki, 47 yaşlı mütəxəssis yeni vəzifəsində Türkiyə hakimliyinin strateji və texniki inkişafına rəhbərlik edəcək. O, həmçinin hakimlik sisteminin UEFA və FIFA standartlarına uyğun təkmilləşdirilməsi, tədris proqramlarının hazırlanması və oyunların təhlili prosesinin inkişafına cavabdeh olacaq.

Entoni Teylor hakimlik fəaliyyəti ərzində İngiltərə Premyer Liqasında 433 oyunu idarə edib. O, klub və milli komandalar səviyyəsində keçirilən çoxsaylı beynəlxalq qarşılaşmalarda da baş hakim kimi çalışıb.

Ümumilikdə 831 oyunda ədaləti qoruyan Teylorun son matçı 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya ilə İspaniya arasında keçirilən və İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatan görüş olub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Кто и как спаслись с тонувшего корабля? - Сгорели склады, пропали деньги, компенсации не выплачиваются... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Португальцы отстранены, на матч «Сабаха» назначены французские судьи 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Связь Варданяна с Эпштейном: Миллиардные проекты... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Новый груз из России в Армению: поезд отправится через Азербайджан 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Самый серьезный конфликт в Йемене с 2022 года: хуситы перешли в наступление 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Азербайджанская нефть подорожала: цена "Azeri Light" превысила 93 доллара 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 В некоторых районах Баку не будет света 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Удар из Украины на две тысячи километров 08:29 Все новости