Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı!

Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı!
06.08.2026 10:50

Karyerası ərzində “Çelsi”, “Latsio”, “Sevilya” və “Lans” kimi klublarda çıxış etmiş sabiq futbolçu Qael Kakuta peşəkar futbolçuların üzləşdiyi psixoloji problemlərdən danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Kakutanın sözlərinə görə, futbolçuların böyük əksəriyyəti daimi təzyiq və yüksək gözləntilər səbəbindən özlərini xoşbəxt hiss etmirlər.

“Deyərdim ki, futbolçuların 90, hətta 99,9 faizi xoşbəxt deyil. Onlar nəticə vermək məcburiyyəti altında əzilir, amma demək olar ki, heç kim onların psixoloji durumuna əhəmiyyət vermir”.

Sabiq yarımmüdafiəçi bildirib ki, bəzi oyunçular yuxusuzluqdan əziyyət çəkir, dərman qəbul edir, bəziləri isə reallıqdan uzaqlaşmaq üçün əyləncəyə və ya videooyunlara üz tutur.

Kakuta həmçinin qeyd edib ki, bir çox futbolçu ətrafındakı insanların səmimiyyətinə şübhə ilə yanaşır və özünü cəmiyyətdən təcrid edir.

“Bir çoxu maska taxır. Hətta ailəsində və dostları arasında belə özünü həqiqətən görülən və eşidilən hiss etmir. Nəticədə isə sadəcə bir ət parçasına çevrilirlər”.

Qeyd edək ki, Qael Kakuta bu yay, 35 yaşında peşəkar futbolçu karyerasını başa vurub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 августа 2026
Sibiha Azərbaycana başsağlığı verdi 12:32 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Кремль «сидит как на иголках» — они «нападут» на Азербайджан 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 «Если США нападут, страны, находящиеся в нашей мишени, ясны» — пригрозил Тегеран 10:59 Радостная новость для населения: в эти страны можно будет поехать по удостоверению личности — СПИСОК 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Хуситы нанесли удар, корабли «застряли в горле» залива 10:37 В этих центральных улицах Баку ограничивается движение транспорта 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Поступок Джексона завоевал симпатии футбольных болельщиков! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Украинский коллега встретил Джейхуна Байрамова в Киеве 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 ПОСЛЕДНИЕ СУТКИ: В воздух поднялось более 6 тысяч дронов, количество боев превысило 200 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 В некоторых районах прошли дожди — ФАКТИЧЕСКАЯ ПОГОДА 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Все новости