“Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır!

“Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır!
11.08.2026 10:05

“Sabah” klubu bu gün UEFA Çempionlar Liqasında növbəti və həlledici oyununu keçirəcək.

TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin üçüncü təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orhus” komandası ilə qarşılaşacaq.

Komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşmada “Orhus” 2:1 hesabı ilə qalib gəlib. “Sabah” mərhələ adlamaq üçün cavab matçında mütləq sərfəli nəticə əldə etməlidir.

Azərbaycan çempionu Danimarka təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) və Serbiyanın “Srvena Zvezda” komandaları arasındakı cütün qalibi ilə üz-üzə gələcək.

“Sabah” mübarizəni dayandıracağı təqdirdə isə yoluna UEFA Avropa Liqasının pley-off mərhələsində davam edəcək. Bu halda “bayquşlar” Portuqaliyanın “Benfika” və Şotlandiyanın “Harts” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Orhus” matçı saat 20:00-da başlayacaq.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 В прямом эфире распространили новость о смерти британского короля 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Социальный джетлаг(jetlag) может нарушить режим сна 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 Заявление ЦИУТ по поводу «радаров, фиксирующих автомобили сзади» 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Цена азербайджанской нефти превысила 95 долларов 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Золото и серебро подорожали еще больше 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Текущая картина мировых фондовых рынков 09:25 Фанаты Роналду по ошибке пришли на чужую свадьбу и устроили хаос 09:41 Украина нанесла удар по комплексу, защищающему дворец Путина 09:38 В Бузовнах из моря было извлечено тело 09:19 Все новости