Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi

Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi
13.08.2026 08:24

Argentina millisinin və “Tottenhem”in müdafiəçisi Kristian Romeronun Madrid “Atletiko”suna transferinin maliyyə detalları açıqlanıb.

TodayPress TV xəbər verir ki, insayder Fabrizio Romano “X” sosial şəbəkəsində argentinalı futbolçunun transferi barədə məlumat yayıb.

Bildirilir ki, “Atletiko” 28 yaşlı müdafiəçinin keçidi üçün bonuslar da daxil olmaqla 40 milyon avro ödəyəcək. Tərəflər arasında müqavilə 5 illik imzalanıb.

Məlumata görə, Romeronun “İnter”ə mümkün transferi ilə bağlı danışıqlar hələ iyul ayında baş tutmayıb. “Barselona” isə bir neçə gün əvvəl argentinalı futbolçunun transferi ilə bağlı danışıqlardan çəkilib. “Arsenal”ın marağına gəlincə, “Tottenhem”in futbolçunu birbaşa rəqibinə satmaq niyyətində olmadığı qeyd olunur.

Daha əvvəl Romano klublar arasında danışıqların uğurla yekunlaşdığını açıqlamışdı.

Kristian Romero 2025/2026 mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 32 matçda iştirak edib. O, bu görüşlərdə 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Romero 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub. “Transfermarkt” portalında müdafiəçinin bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 Иран хотел сбить самолет Трампа? — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 В Ходжалы обнаружены останки, похожие на человеческие кости 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Азербайджан изменит транспортную карту региона — КОММЕНТАРИЙ 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 В Башкортостане горит крупный склад Wildberries 10:14 Азербайджанский дуэт на вершине: победили всех соперников в Турции! 10:05 Загадка в поезде Баку — Тбилиси: Что происходит? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Новость об азербайджанской нефти на мировом рынке 09:30 В центре Баку загорелся объект, пострадали квартиры 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Атака БПЛА на нефтеперерабатывающий завод в России: произошли взрыв и пожар 08:51 Все новости