Qurban Qurbanov: "Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər"

Qurban Qurbanov: "Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər"
19.02.2026 01:08

"Qarabağ" futbolçuları "Nyukasl"la matçda buraxılan qollardan sonra özlərini ələ ala bilməyiblər.

TodayPress TV-nin məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis böyük hesabla məğlub olduqları qaşrılaşmanı şərh edib:

"Əfsuslar olsun ki, bu cür hesabla məğlub olduq. Belə hesabla uduzmaq istəməzdik. Futbolçularım ilk qollardan sonra böyük "zərbə" aldılar. Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər. Rəqib çox sürətli oynayan bir komandadır. Hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür edirik ki, sona qədər komandamızın yanında oldular. Gözəl olan o idi ki, fevral ayına qədər Çempionlar Liqası matçları Azərbaycanda keçirildi. Dediyim kimi, bu cür uduzmaq istəməzdik".

O, fasilədə komandanı sakitləşdirməyə çalışdığını söyləyib:

"Fasilədə futbolçuları sakitləşdirməyə çalışdım. Bildirdim ki, nə olur-olsun, oyundan qopmamalıyıq. İkinci yarıda Bədavi Hüseynovu meydana buraxmağımızın məqsədi müdafiə xəttini gücləndirmək idi".

Q.Qurbanov oyunun ilk hissəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalan Bəhlul Mustafazadənin durumuna da aydınlıq gətirib:

"Bəhlul matç zamanı əzələsini dartdı. Onun zədəsinin nə dərəcədə ciddi olub-olmadığını sabah biləcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 Все новости