Quayakildə medal hədəfi: millimiz hazırdır!

Quayakildə medal hədəfi: millimiz hazırdır!
05.08.2026 15:00

Azərbaycan yeniyetmə cüdoçularla dünya çempionatında təmsil olunacaq.

TodayPress TV xəbər verir ki, avqustun 20-23-də Ekvadorun Quayakil şəhərində yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət milli komandanın heyətində Fərid Rzazadə (50 kq), Fərid Xudiyev, İbrahim Talıbov (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq), Yusuf Nəzər, Sadiq Məmmədov (hər ikisi 73 kq), Ayxan Həsənli, Yaqub Məmmədov (hər ikisi 81 kq), Ömər Axundov və Nurəddin Əliyev (hər ikisi 90 kq) mübarizə aparacaqlar.

Komandaya yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcəklər.

Yeniyetmə qızlardan ibarət yığmanın heyətində isə Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kq), Pərvin Sevxanlı (44 kq) və Könül Eyvazlı (48 kq) tatamiyə çıxacaqlar.

Qızlardan ibarət milliyə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 459 idmançı medallar uğrunda mübarizə aparacaq.

Namiq HUN

TodayPress TV

ФОТО

Quayakildə medal hədəfi: millimiz hazırdır! — 1
ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 В жару обезвоживается не только тело, но и зубы 16:33 Муж Нигяр Фархад арестован 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Предупреждение для любителей летней рыбалки: что ждет нарушителей запретов? 15:24 Хикмет Гаджиев: Азербайджан никогда не позволит использовать свою территорию против соседней страны 15:12 Трагедия на поле: молния убила футболиста 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 Почему в жару пропадает желание общаться? — Ответ психолога 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Оползень раздавил машины — кто возместит ущерб водителям? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Узбекистан сделал такой шаг... — Центральная Азия выходит из тени Кремля? — КОММЕНТАРИЙ 14:10 Все новости