Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu

Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu
05.08.2026 17:24

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket göndərmək niyyətində deyil.

Maraqlıdır, Vaşinqtonun burada məqsədi nədir? “Patriot”lar başqa cəbhə üçünmü saxlanılır?

Məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb.


Onun sözlərinə görə, Ukrayna uzun müddətdir ABŞ-dən əlavə “Patriot” sistemləri və raketləri istəyirdi. ABŞ isə israrla bu addımı atmaqdan imtina etdi və onları vermədi.

Ekspert qeyd edib ki, NATO-nun Türkiyədə keçirilən sammitində nəhayət Prezident Tramp Ukraynaya raket yox, lisenziya verməyə razılaşdığını dedi:

"Yəni Ukraynaya lisenziya veriləcəkdi ki, onlar “Patriot” raketlərini istehsal etsinlər. Ancaq sonradan bu addımdan da çəkindi və hələ ki nə raket verir, nə də lisenziya verir. Nədən? Birincisi, İranla müharibədə ABŞ çox ciddi çətinliklərlə üzləşib. İran durmadan ABŞ-nin  bazalarını ballistik raketlərlə vurur. Eyni zamanda, İsrailin də müdafiə olunması üçün “Patriot” sistemlərinə və raketlərinə ehtiyac var. Əsas səbəb də bununla bağlıdır. ABŞ-nin özünün bu raketlərə və sistemlərə ehtiyacı olduğuna görə onları heç kimə vermək istəmir". 


Onun qənaətincə, digər bir  səbəb Vaşinqtonun bu addımın Rusiya ilə münasibətləri daha da kəskinləşdirəcəyini və sülh prosesini ləngidəcəyini düşünməsidir:

"Məlumdur ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması üçün Rusiyanın əsas tələbi Donbasın bütövlükdə ona verilməsidir. Artıq Rusiya Donbasın təqribən 85 faizini işğal edib". 


Ekspert Ukraynanın bu cür köməksiz vəziyyətdə qalmasının sülh sazişinin imzalanmasını daha da yaxınlaşdıra biləcəyini düşünür:

"Hər halda görünür ki, ABŞ belə fikirləşir və raket vermir ki, Ukrayna məcbur olub Rusiyanın irəli sürdüyü, özünü qane etməyən sülh sazişini imzalasın. Başqa bir səbəb tapmaq, çox təəssüf ki, qeyri-mümkündür". 

Jalə Rövşən 

FOTOLAR

Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu — 1
XƏBƏR LENTİ
05 AVQUST 2026
Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Bütün Xəbərlər