Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq”

Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq”
13.08.2026 08:43

Fransa millisinin sabiq kapitanı və UEFA-nın keçmiş prezidenti Mişel Platini PSJ ilə “Bavariya” arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş və 5:4 hesabı ilə başa çatan oyuna münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. 

Platini yüksəkhesablı qarşılaşmanın “əsrin oyunu” adlandırılmasını düzgün hesab etmədiyini deyib. Onun sözlərinə görə, yaxşı müdafiə və qapıçının möhtəşəm seyvi də qol qədər dəyərlidir.

“Çempionlar Liqasının yarımfinalında PSJ ilə “Bavariya” arasında 5:4 hesabı ilə başa çatan ilk oyundan sonra insanlar bunu “əsrin oyunu” adlandırırdılar. Şəxsən mən cavab görüşündəki 1:1 hesablı heç-heçəni daha çox bəyəndim.

Qapıçılar ələk kimi idi, müdafiəçilər isə daha da zəif çıxış etdilər. Doqquz qol buraxıldı və biz buna “əsrin oyunu” deyirik? Biz həqiqətən də şou-biznes dünyasında yaşayırıq.

Yaxşı müdafiə oyunu və qapıçının əla seyvi vurulan qol qədər gözəldir. Bundan başqa, iki milyard insan futboldan danışır və öz emosiyalarını ifadə edir. Mən də həmin iki milyard insandan yalnız biriyəm və hər zaman haqlı olmaya bilərəm”, – deyə Platini bildirib.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib. Cavab qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Азербайджанский дуэт на вершине: победили всех соперников в Турции! 10:05 Загадка в поезде Баку — Тбилиси: Что происходит? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Новость об азербайджанской нефти на мировом рынке 09:30 В центре Баку загорелся объект, пострадали квартиры 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Атака БПЛА на нефтеперерабатывающий завод в России: произошли взрыв и пожар 08:51 Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq” 08:43 Livan parlamentindən böyük əfv qərarı — Minlərlə məhbus azadlığa çıxa bilər 08:28 Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi 09:09 Приостанавливается газоснабжение: предупреждение для жителей этих районов 08:18 DÇ və Millətlər Liqası mükafatçısı BƏƏ millisinin başına keçdi 09:27 Sakinlərin DİQQƏTİNƏ! Bu ərazilərdə elektrik enerjisi kəsiləcək 08:14 В этих районах не будет света 01:15 Dunay çayında daş sədd tikiləcək 00:32 Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər BAŞ VERİR? 01:03 Все новости