Pep Qvardiolanın müdafiədəki əsas silahı komandada qalacaq!

Pep Qvardiolanın müdafiədəki əsas silahı komandada qalacaq!
08.05.2026 10:38

“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiol ilə yeni müqavilə imzalamağa yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Şəhərlilər” xorvatiyalı futbolçu ilə əməkdaşlığı uzatmaq niyyətindədir.

Daha əvvəl Yoşko Qvardiolla Madrid “Real”ının maraqlandığı barədə xəbərlər yayılmışdı.

Lakin “Siti” futbolçunun İspaniya klubuna keçidinin qarşısını almaq və onu komandada saxlamaq istəyir.

Qvardiol 2023-cü ildə “Leyptsiq”dən transfer olunduqdan sonra “Mançester Siti”nin heyətində 120 oyun keçirib.

24 yaşlı müdafiəçi həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi çıxış edərək universallığı ilə seçilir.

Hazırda futbolçu yanvar ayında aldığı baldır sümüyü sınığından sonra bərpa prosesini davam etdirir. Zədə “Mançester Siti”nin onunla yeni müqavilə imzalamaq istəyinə təsir etməyib.

Qvardiol cari mövsümdə bütün turnirlərdə 23 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında Yoşko Qvardiolun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Все новости