Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı!
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda və Uruqvay millisində çıxış edən Darvin Nunyes Türkiyənin “Trabzonspor” klubuna keçməyə yaxındır.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, Trabzon təmsilçisi futbolçunun transferi uğrunda İstanbulun “Beşiktaş” klubu ilə rəqabətdə qalib gəlib.
Nunyes avqustun 15-də Türkiyəyə gələcək. Uruqvaylı hücumçu yeni komandasında bir mövsümlük icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, “Trabzonspor” daha əvvəl “Liverpul”un sabiq hücumçusu Məhəmməd Salahı azad agent statusunda heyətinə qatdığını açıqlayıb. Nunyesə maraq göstərən “Beşiktaş” isə “Yuventus”un keçmiş forvardı Duşan Vlahoviçi transfer edib.
Namiq HUN
TodayPress TV