Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı

Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı
14.08.2026 17:05

Belqorod vilayətinin Rakityanski rayonunda dronun kənd təsərrüfatı texnikasına çırpılması nəticəsində bir nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, hadisə Russkaya Berezovka kəndində baş verib.

Məlumata görə, bir kişi dronun zərbəsi nəticəsində  sinə, qol və ayaq nahiyələrindən qəlpə yaraları alıb. O, Rakityanskaya Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Kənd təsərrüfatı texnikasına da ziyan dəyib.

Bundan başqa, Dmitriyevka kəndində dron infrastruktura zərər vurub.

Belqorod rayonunun Yasnıe Zori kəndində FPV dronu çoxmənzilli binanın dam örtüyünə ziyan vurub. Digər bir dron isə ictimai binanın şüşəsini sındırıb.

Oktyabrski kəndində fərdi evin yaxınlığında partlayan dron nəticəsində evin pəncərələri və hasar zədələnib.

Krasnaya Yaruqa ərazisində dron hücumu nəticəsində iki avtomobil, fərdi evin damı və qaraj yanıb. Yanğınların söndürüldüyü bildirilib.

Həmçinin bildirilir ki, Krasnoyarsk rayonunun Savçenko kəndində isə FPV dronunun fərdi evə zərbəsi nəticəsində yanğın baş verib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Mərdəkan sakinlərinin DİQQƏTİNƏ! Bu avtobusların hərəkət sxemi dəyişdi 18:42 Minaya düşən Kamran Süleymanovun oğlu: "Atamın ayağı amputasiya olunmalıdır" 18:32 Türkiyə rus neftindən üz döndərir - Yeni seçimlərə yönəldi 18:24 Sürücülərin NƏZƏRİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:14 Abbasov istedadların üzə çıxması üçün bölgələrə də diqqət çağırışı etdi 18:06 Sumqayıtda məşhur kafe külə döndü 18:03 Rusiyadan Ermənistana buğda göndərildi 17:48 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat 17:35 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 17:22 Doku Mareskinin planını bəyəndi: “Bacardığım hər şeyi edəcəyəm!” 17:39 Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur 16:39 Ukrayna Silahlı Qüvvələri Rusiyanın təhdidinə cavab verdi 16:54 KİV: Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərməyə hazırlaşır 16:30 Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı 16:19 Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı 15:53 ABŞ Putinin səs-küylü İturup səfərinə münasibət bildirdi 15:42 Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib 15:37 Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Bütün Xəbərlər