Naomi Osaka karyerasının ən emosional anını bölüşdü

Naomi Osaka karyerasının ən emosional anını bölüşdü
28.07.2026 16:24

Dünya reytinqində 13-cü pillədə qərarlaşan yaponiyalı tennisçi Naomi Osaka karyerasında ən önəmli hesab etdiyi qələbədən danışıb.

TodayPress TV xəbər verir ki, 2018-ci ildə ABŞ-nin İndian-Uells şəhərində keçirilən WTA 1000 turnirində qazandığı çempionluq onun üçün US Open titulundan da xüsusi əhəmiyyət daşıyır.

“Həmin turnirdə qalib gələndə düşünürdüm ki, həyat bundan daha fərqli ola bilməz. Bu qələbə mənim üçün çox özəldir. Çünki anam daim işləyirdi və mən onu çox az görürdüm. Həmin uğurdan sonra o, təqaüdə çıxa bildi. Düşünürdüm ki, bu, zirvədir. Sonra isə US Open və onun ardınca gələn hadisələr baş verdi”, – deyə Osaka Vaşinqtonda keçirilən WTA 500 turniri öncəsi mətbuat konfransında bildirib.

Yapon tennisçi məşhurluqdan heç vaxt zövq almadığını da etiraf edib.

“Mən məşhur olmaq istəmirəm. İndiki vəziyyətimdən razıyam. İndi məni tennisdən daha çox moda ilə əlaqələndirirlər. Amma bunu demək də istəmirəm, çünki bu mövsüm yaxşı oynayıram”, – deyə Osaka zarafatla əlavə edib.

Qeyd edək ki, Naomi Osaka Vaşinqtonda keçirilən WTA 500 turnirində mübarizəyə ikinci mərhələdən başlayacaq. Onun rəqibi dünya reytinqində 67-ci yerdə qərarlaşan ABŞ təmsilçisi Eşlin Krüger olacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
Daha bir yunan-Roma güləşçimiz bürünc medal qazandı 19:08 UEFA Çempionlar Liqası: "KuPS" - "Sabah" matçı başladı - CANLI 19:05 Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü 18:58 Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi? 18:49 Zelenski Trampla görüşə qalstuksuz gəldi - VİDEO 18:37 Trampdan İrana ultimatum: “Bir saata…” 18:07 Azərbaycan güləşçisi Ömər Salmanov bürünc medal qazandı 18:22 Zelenski Ağ Evə getdi - VİDEO 18:18 Azərbaycanın Belqradda gündəmə gətirdiyi əsas məsələ nə oldu? 18:11 Qızıl medala bir addım: İki güləşçimiz finala yüksəldi 18:05 Джейхун Байрамов принял нового посла Германии в Азербайджане 17:33 Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Немцы меняют политическую систему — угроза фашизма в Европе? 17:28 “Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə 17:25 UFC çempionunun səmimi etirafı gündəm oldu 17:23 Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır 17:20 Zidan: “Deşam Deşamdır, Zidan isə Zidandır” 17:12 20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 Тегеран объявляет информационную войну Азербайджану, а президент академии едет с визитом в Иран — КОЛЛИЗИЯ 17:01 Dünya çempionu Rodri bıçaq altına yatdı 16:55 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başladı 16:48 "O, əfsanədir" – Benzemadan Zidan haqqında diqqətçəkən açıqlama 16:45 “Siti” müdafiəsinin liderini uzunmüddətli müqavilə ilə bağladı 16:39 Naomi Osaka karyerasının ən emosional anını bölüşdü 16:24 Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də 16:22 Все новости