Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə!

Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə!
04.08.2026 17:16

Azərbaycanlı MMA döyüşçüsü Anar Hüseynov dövlətə məxsus torpaqların qanunsuz zəbt edilməsi və satılması ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarılır.

TodayPress TV “qafqazinfo.az”a istinadən xəbər verir ki, 11 nəfərin təqsirləndirildiyi cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxslərin hamısı hazırda azadlıqdadır.

Prokurorun elan etdiyi ittihama əsasən, təqsirləndirilən şəxslər cinayətkar qrup halında birləşərək qanuni mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt ediblər. Daha sonra həmin torpaqlar ayrı-ayrı şəxslərə satılıb və uzunmüddətli icarəyə verilib. Torpaq alan şəxslər iş üzrə zərərçəkmiş qismində tanınıblar.

İttihamda Anar Hüseynovun Ceyhun Əşrəfov və Qalib Əliyevlə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etdiyi, daha sonra həmin torpaqların satılması və uzunmüddətli icarəyə verilməsi yolu ilə 1 milyon 200 min manat vəsaitin ələ keçirilməsində iştirak etdiyi bildirilir. Dövlətə dəymiş ümumi ziyanın isə 4 milyon manatdan çox olduğu qeyd olunur.

Anar Hüseynov MMA üzrə tanınmış azərbaycanlı idmançıdır. O, 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında 84 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Hüseynov məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Onun hüquqlarını vəkil Ruzi Səmədov müdafiə edir. Vəkil ilk çıxışında ittihamla razı olmadıqlarını və əksini göstərən sübutların məhkəmə istintaqı zamanı ortaya çıxacağını bildirib.

Cinayət Məcəlləsinin 178.4 və 188.3-cü maddələri ilə irəli sürülən ittihamlar təsdiqlənərsə, təqsirləndirilən şəxsləri 10 ildən çox həbs cəzası gözləyə bilər. Dövlətə və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi isə cəzanın müəyyənləşdirilməsinə təsir göstərə bilər.

Qeyd edək ki, iş üzrə ibtidai istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. İstintaq tədbirləri nəticəsində 20 hektardan çox dövlət mülkiyyətində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə qaytarılıb.

Təqsirləndirilən şəxslər məhkəmənin yekun hökmü qanuni qüvvəyə minənədək təqsirsiz sayılırlar.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
25 ştat Trampa qarşı “ayağa qalxdı” - Məhkəməyə müraciət edildi 19:40 Yaxın Şərqdən gələn xəbər nefti ucuzlaşdırdı 19:24 Bu miqrantlar üçün Rusiyanın “qapısı bağlandı” - Putindən QƏRAR 19:11 Putin və Braziliyalı həmkarı Ukrayna ilə bağlı nə danışdı? 18:56 SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 В Иране произошел мощный взрыв 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Эта страна «прячет» ядерные отходы — ПЕРВАЯ в мире 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 Новая карта вывода израильских войск: примечательное предложение Ливана 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 Т-72: Самый долговечный образец советской бронетехники 17:12 Причастно ли правительство Марокко к миграционному кризису в Сеуте? — Испания проводит расследование 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Пожар в многоэтажном доме: спасены 16 человек 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Все новости