Milyardlıq layihə təhlükədə: Ronaldunun kölgəsi liqanı sarsıdır

Milyardlıq layihə təhlükədə: Ronaldunun kölgəsi liqanı sarsıdır
07.02.2026 10:15

Səudiyyə Ərəbistanı Pro Liqasının qlobal layihəsi ciddi sınaqla üzləşib. Beynəlxalq yayım bazarında mühüm tərəfdaşlardan biri sayılan "FOX Sports"un liqa ilə əməkdaşlığı dayandırması yalnız media müqaviləsinin ləğvi deyil, həm də son illərdə milyardlarla investisiya hesabına qurulan layihənin reputasiya riskinə düşməsi kimi qiymətləndirilir.


Məlumata görə, qərarın arxasında “Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldunun ətrafında yaranmış vəziyyət dayanır. 

Portuqaliyalı hücumçunun transfer siyasətindən narazı qalması və komandanın bəzi oyunlarını boykot etməsi barədə yayılan xəbərlər liqanın stabil imicinə zərbə vurub. Səudiyyə Pro Liqası son illərdə Neymar, Benzema, Kante və digər ulduz transferləri ilə qlobal auditoriya qazanmağa çalışsa da, bu cür qalmaqallar layihənin davamlılığı ilə bağlı suallar yaradır.


Mövcud məlumatlara görə, artıq qlobal media və kommersiya layihələri üzrə təxminən 2,4 milyard dollar həcmində zərərdən danışılır. Bu isə göstərir ki, liqa yalnız idman deyil, həm də böyük biznes layihəsi kimi həssas mərhələyə daxil olub.

"FOX Sports" kimi böyük yayımçının geri çəkilməsi beynəlxalq yayım müqavilələrinin yenidən qiymətləndirilməsi, sponsorların ehtiyatlı davranması, qlobal auditoriyanın marağının azalması və digər media tərəfdaşlarının domino effekti ilə geri çəkilməsi risklərini artıra bilər.

Səudiyyə futbolunun strategiyası əsasən ulduz futbolçuların cəlbi üzərində qurulduğundan, Ronaldunun narazılığı sistemli problemin simvolu kimi qəbul edilə bilər.

Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Pro Liqasının beynəlxalq tanıtımında əsas fiqur sayılır. Onun imici təkcə idman uğurları ilə deyil, həm də liqanın marketinq strategiyası ilə birbaşa bağlıdır. Buna görə də ulduz futbolçunun narazılığı yalnız klub daxilində məsələ deyil, bütün liqanın reputasiyasına təsir edən faktor kimi qiymətləndirilir.


Odur ki, Ronaldunun narazı vəziyyəti uzansa, bu liqanın “ulduz layihəsi” konsepsiyasını zəiflədə, digər ulduz oyunçuların gələcəyi ilə bağlı suallar yarada və Avropa bazarında Səudiyyə futboluna marağı azalda bilər.

Bununla belə, Səudiyyə futbolunun maliyyə resursları yüksək olduğundan, böhran hələ geri dönüşü olmayan nöqtəyə çatmayıb.

Ekspertlərə görə mümkün həll yolları:

- klub idarəçiliyində şəffaf qərar mexanizmləri;

- ulduz futbolçularla kommunikasiya və liderlik balansının qurulması;

- media tərəfdaşları ilə reputasiya böhranının idarə olunması;

- liqanın yalnız transferlərə deyil, idman keyfiyyətinə fokuslanması;

- uzunmüddətli strateji planın ictimai şəkildə təqdim edilməsi.

Əks halda, Səudiyyə Pro Liqasının qlobal layihəsi qısa müddətli marketinq uğurundan daha dərinə gedə bilməyən model kimi qiymətləndirilə bilər.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Все новости