Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!”
UFC-nin yüngül çəki üzrə keçmiş müvəqqəti çempionu Dastin Porye İslam Maxaçevin təşkilatda ardıcıl 16 qələbə qazanmasını yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “UFC on Paramount”un “X” sosial şəbəkəsində məlumat yayılıb.
37 yaşlı amerikalı döyüşçü 34 yaşlı rusiyalı idmançının uğur seriyasını təsirli hesab etdiyini bildirib.
“İslamın qələbə seriyasını daha da təsirli edən onun bütün çəki dərəcələrində üstünlük qazanmasıdır. O, əvvəlcə yarım yüngül çəkidə ən yaxşı döyüşçünü məğlub etdi, daha sonra yüngül çəkidə bütün rəqiblərini geridə qoydu. Ardınca yarım orta çəkiyə yüksəldi və həmin divizionun UFC çempionundan titulu aldı.
Məhz bu, çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı döyüşçü olmaq deməkdir”, – deyə Porye bildirib.
Namiq HUN