Leverkuzen klubu transfer bombasını partlatdı!

Leverkuzen klubu transfer bombasını partlatdı!
05.08.2026 12:49

“Bayer” Migel Qutyerresin transferini rəsmən açıqlayıb. 

TodayPress TV xəbər verir ki, İspaniya millisinin müdafiəçisi Migel Qutyerres “Napoli” klubundan “Bayer” komandasına transfer olunub.

Leverkuzen təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.

Qutyerres futbol karyerasına Madrid “Real”ının akademiyasında başlayıb. O, ötən il “Jirona”dan “Napoli”yə keçmiş və Neapol təmsilçisinin əsas heyət oyunçularından birinə çevrilmişdi. Müdafiəçi ötən mövsüm “Napoli”nin  heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb.

2025/2026-cı illər mövsümündə isə Qutyerres A Seriyasında 28 matç keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasında 5 oyunda forma geyinib.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Узбекистан сделал такой шаг... — Центральная Азия выходит из тени Кремля? — КОММЕНТАРИЙ 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 Все новости