Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!”

Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!”
14.08.2026 15:56

Keçmiş UFC döyüşçüsü Brendan Şaub hazırda yarımorta çəki divizionunun UFC çempionu olan İslam Mahaçevin təşkilat tarixinin ən böyük döyüşçülərindən biri hesab edilməsinə qarşı çıxıb.

TodayPress TV xəbər verir ki, Şaub fikrini Mahaçevin qələbə qazandığı rəqiblərin səviyyəsi ilə əsaslandırıb.

“Onun rekorduna əsasən, onu ən böyük döyüşçü adlandırmaq çətin olardı. Mən İslamın düşməni deyiləm, sadəcə qələbə siyahısına nəzər salaq. Yarımorta çəkidə ilk qələbəsi Cey-Di Della Maddalena üzərində oldu. Hazırda Della Maddalenanın vəziyyəti necədir? İslam 2024-cü ildə Renato Moykano və Dastin Puaryeni məğlub etdi. Daha sonra Aleksandr Volkanovski ilə döyüşdü. O, əslində yüngül çəkinin təbii nümayəndəsi deyildi və ilk döyüşdə İslam müəyyən çətinliklər yaşadı”, – Şaub bildirib.

Keçmiş döyüşçü Çarlz Oliveyranı Mahaçevin ən yaxşı qələbəsi hesab etdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu qələbənin 2022-ci ildə əldə edilməsi də nəzərə alınmalıdır.

Şaub Mahaçevin rəqiblərinin səviyyəsini kifayət qədər yüksək hesab etmədiyini bildirib: 

“Mən onu ilk 10-luğa daxil etmirəm. Mən İslamı tənqid etmək üçün danışmıram, sadəcə rəqiblərinin səviyyəsi kifayət qədər yüksək olmayıb. Onun qələbə siyahısı çox zəifdir. Bu, Həbib üçün də problemdir”.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
14 августа 2026
Abbasov istedadların üzə çıxması üçün bölgələrə də diqqət çağırışı etdi 18:06 Sumqayıtda məşhur kafe külə döndü 18:03 Rusiyadan Ermənistana buğda göndərildi 17:48 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat 17:35 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 17:22 Doku Mareskinin planını bəyəndi: “Bacardığım hər şeyi edəcəyəm!” 17:39 Возобновляется движение пассажирских поездов по линии Хырдалан — Сумгаит 16:39 Вооруженные силы Украины ответили на угрозу России 16:54 KİV: Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərməyə hazırlaşır 16:30 Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı 16:19 Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı 15:53 ABŞ Putinin səs-küylü İturup səfərinə münasibət bildirdi 15:42 Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib 15:37 Юные бадминтонисты собрались в Баку: началась грандиозная борьба! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 Ереван пожимает руку Ирану под европейским зонтиком — почему Запад закрывает глаза на это сотрудничество? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Путин надел «китель» — в центре внимания мира новый фронт войны 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 МВД предупредило граждан о случаях кибермошенничества 14:12 Все новости