Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı

Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı
11.08.2026 11:05

UFC-nin Şöhrət Zalının üzvü, keçmiş yarımağır və ağır çəkidə UFC çempionu, hazırda isə təşkilatda analitik və şərhçi kimi fəaliyyət göstərən amerikalı Daniel Kormye Həbib Nurməhəmmədovun Konor Makqreqoru niyə heç vaxt bağışlamayacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Kormye bu barədə “ALF Global”a müsahibəsində danışıb.

O, Həbibin komandası ilə yaxın münasibətlərinin olduğunu və onların dini inanclarına, ailələrinə yüksək səviyyədə bağlı olduqlarını bildirib.

Kormyenin sözlərinə görə, Makqreqorun etdiyi hərəkətlərdən sonra Həbibin onu bağışlaması mümkün deyil:

“Xəbərim var ki, Həbibin komandasındakı qardaşlarım dinlərinə, inanclarına və ailələrinə nə qədər sadiqdirlər. Buna görə də belə hərəkətlər etdikdə geriyə yol qalmır. Həbib Konora mənim Con Consla davrandığım kimi münasibət göstərə bilməz. O, Konora qarşı çox sərt davranmaq istəyərdi və komandadakı digər şəxslər də eyni hissləri keçirirdilər”.

Kormye əlavə edib ki, Həbiblə Makqreqor arasındakı vəziyyət onun Con Consla münasibətlərinə bənzəyir. Lakin onun fikrincə, amerikalıların bu məsələyə yanaşması fərqlidir.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Хуситы подбили саудовское судно — члены экипажа погибли 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Глаза прикованы к историческому визиту Ильхама Алиева в Нахчыван — первому после войны 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Прикаспийские страны соберутся в Иране 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 В прямом эфире распространили новость о смерти британского короля 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Социальный джетлаг(jetlag) может нарушить режим сна 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 Заявление ЦИУТ по поводу «радаров, фиксирующих автомобили сзади» 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Все новости