Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində!

Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində!
06.08.2026 09:47

FIFA prezidenti Canni İnfantinonun Avropa Superliqasının “FIFA Superliqası” adı altında yenidən brendləşdirilməsi ilə bağlı gizli danışıqlar apardığı iddia olunub.

TodayPress TV “The Guardian” nəşrinə istinadən xəbər verir ki, tərəflər hələ 2020-ci ilin oktyabrında ilkin razılaşma layihəsi hazırlayıblar. 

Bildirilir ki, danışıqlar kifayət qədər irəliləyib və ən azı 12 illik tərəfdaşlığı nəzərdə tutan ilkin müqavilə hazırlanıb. Sənəddə yarışın kommersiya fəaliyyətini idarə edəcək birgə qurumun yaradılması da təklif olunub.

Layihəyə əsasən, FIFA Superliqasında 15 daimi klub və mövcud turnirlərdən vəsiqə qazanacaq daha 5 komanda iştirak etməli idi. Həmçinin eyni formatda qadınlar arasında analoji turnirin təşkili də nəzərdə tutulurdu.

Sənəddə FIFA-ya Superliqada xüsusi pay verilməsi planlaşdırılırdı. Bu, təşkilata turnirin formatı, təqvimi, həmrəylik ödənişlərinin bölgüsü və baş icraçı direktorun təyinatı ilə bağlı qərarlar qəbul etmək imkanı yaradacaqdı.

Bundan əlavə, genişləndirilmiş Klublararası Dünya Çempionatının hər il üç həftəlik pley-off formatında keçirilməsi və Superliqa ilə birbaşa əlaqələndirilməsi də layihədə yer alıb.

Məlumata görə, sənəddə yeni yarışların FIFA Konqresi və FIFA Şurasının təsdiqindən keçəcəyi qeyd olunsa da, milli federasiyalar planın hazırlanmasında iştirak etməyib. İddialara əsasən, İnfantino bu layihədə şəxsən iştirak edib və proses barədə tam məlumatlı olub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 августа 2026
Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 «Если США нападут, страны, находящиеся в нашей мишени, ясны» — пригрозил Тегеран 10:59 Радостная новость для населения: в эти страны можно будет поехать по удостоверению личности — СПИСОК 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Хуситы нанесли удар, корабли «застряли в горле» залива 10:37 В этих центральных улицах Баку ограничивается движение транспорта 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Поступок Джексона завоевал симпатии футбольных болельщиков! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Украинский коллега встретил Джейхуна Байрамова в Киеве 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 ПОСЛЕДНИЕ СУТКИ: В воздух поднялось более 6 тысяч дронов, количество боев превысило 200 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 В некоторых районах прошли дожди — ФАКТИЧЕСКАЯ ПОГОДА 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 На этих территориях не будет света 09:07 Все новости