FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq”

FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq”
06.08.2026 10:19

FIFA dünya çempionatının hüquqlarının satışı planı ilə bağlı rəsmi açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, FIFA dünya çempionatının kommersiya hüquqlarının satışına dair planlarla bağlı rəsmi bəyanat yayıb və layihənin dayandırıldığını təsdiqləyib.

Qurumun üzv assosiasiyalarına ünvanladığı məktubda bildirilib ki, təsdiqlənməsi nəzərdə tutulan təklif artıq gündəmdə deyil. 

FIFA qeyd edib ki, layihənin bağlanmasından sonra təşkilat öz nüfuzu, idarəetmə prinsipləri və prosedurlara əməl olunması ilə bağlı ittihamlara dözməyəcək və adını qorumaq üçün bütün zəruri addımları atacaq.

Bəyanatda vurğulanıb ki, proses zamanı müəyyən səhvlərə yol verilsə də, görülən bütün işlər FIFA-nın normativ-hüquqi bazasına tam uyğun şəkildə həyata keçirilib.

Qurum həmçinin bildirib ki, əldə olunan təcrübə nəzərə alınaraq daxili prosedurlar daha da təkmilləşdiriləcək. Bununla yanaşı, FIFA Forward proqramı çərçivəsində 211 üzv assosiasiya, konfederasiya və regional birlik üçün futbolun inkişafına dəstəyin yeni imkanları araşdırılacaq.

Məktub FIFA prezidenti Canni İnfantino və baş katib Mattias Qrafström tərəfindən imzalanıb.

Xatırladaq ki, ötən həftə FIFA-nın dünya çempionatının hüquqlarının satışı üçün FIFA Forward Enterprise (FFE) adlı yeni kommersiya qurumu yaratmağı planlaşdırdığı məlum olmuşdu. Lakin futbol konfederasiyalarının tənqidləri və UEFA üzvü olan ölkələrin mümkün boykot xəbərdarlıqlarından sonra İnfantino bu təşəbbüsdən imtina etmişdi. Daha sonra o, yaranmış vəziyyətlə əlaqədar FIFA Şurasının üzvlərindən yazılı şəkildə üzr istəyib və mediaya sızan məlumatlarla bağlı araşdırma aparılacağını açıqlayıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 августа 2026
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Радостная новость для населения: в эти страны можно будет поехать по удостоверению личности — СПИСОК 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Хуситы нанесли удар, корабли «застряли в горле» залива 10:37 В этих центральных улицах Баку ограничивается движение транспорта 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Поступок Джексона завоевал симпатии футбольных болельщиков! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Украинский коллега встретил Джейхуна Байрамова в Киеве 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 ПОСЛЕДНИЕ СУТКИ: В воздух поднялось более 6 тысяч дронов, количество боев превысило 200 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 В некоторых районах прошли дожди — ФАКТИЧЕСКАЯ ПОГОДА 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 На этих территориях не будет света 09:07 В Филиппинах произошло сильное землетрясение 08:47 Все новости