Əfsanəyə toxunan söz İtaliyada fırtına yaratdı

Əfsanəyə toxunan söz İtaliyada fırtına yaratdı
20.02.2026 11:01

İtaliya A Seriyasında “İnter” – “Yuventus” (3:2) qarşılaşmasından sonra səslənən fikirlər futbol tarixinin ən mübahisəli epizodlarından birini yenidən gündəmə gətirdi. 


“İnter”in baş məşqçisi Kristian Kivu rəqib oyunçunun qırmızı vərəqəsini 1986-cı ildə Maradonanın vurduğu məşhur “Tanrının əli” qolu ilə müqayisə etdi. Bu isə mərhum əfsanənin oğlu Dieqo Maradona Sinaqranın sərt reaksiyasına səbəb oldu.


Kivu demək istəyirdi ki, futbol tarixində ədalət meyarları həmişə müzakirəli olub və Maradonanın əllə vurduğu qolundan sonra da oxşar hallar davam edib. O, bunu ironik kontekstdə səsləndirsə də, problem məhz burada başlayır:


Belə ki, tarixi kontekst fərqlidir. 1986-cı ildə VAR sistemi yox idi. Bu gün isə texnologiya səhvləri minimuma endirmək üçün mövcuddur. Müasir epizodu 40 il əvvəlki hadisə ilə müqayisə etmək nə dərəcədə məntiqlidir?

Maradona artıq həyatda deyil. Onun adı üzərindən metaforik nümunə gətirmək etik baxımdan həssas mövzudur.


Bu məsələdə emosional faktor Argentina futbol mədəniyyətində Maradonanın yalnız oyunçu deyil, milli kimliyin bir hissəsi olmasıdır.

Ziddiyyətli məqamlar 

1986-cı il Dünya Çempionatında İngiltərəyə qarşı eyni oyunda həm qaydalara zidd qol, həm də futbol tarixinin ən möhtəşəm fərdi qollarından biri vurulmuşdu. Tənqidçilər birinci epizodu qabardır, tərəfdarlar isə ikinci epizodu önə çəkir.

Futbolun romantik tərəfi Maradonanın hiyləgərliyini “futbol zəkanın qələbəsi” kimi təqdim edir. Hüquqi baxış isə bunu qayda pozuntusu sayır.

Bir məşqçi olaraq Kivu, hakim qərarlarını tənqid etmək istəyirdi. Lakin bunu konkret bir futbol əfsanəsinin adı ilə bağlamaq əlavə gərginlik yaratdı. 


“İnter” – “Yuventus” qarşıdurması özü-özlüyündə İtaliya futbolunun ən prinsipial duelidir. Belə emosional fon üzərində verilən açıqlamalar daha tez alovlanır. Üstəlik, Maradona adı çəkiləndə mövzu artıq sadəcə hakim səhvi deyil, futbolun tarixi yaddaşı məsələsinə çevrilir.

Dieqo Maradona Sinaqranın reaksiyası isə emosional olsa da, onun arqumentində bir mesaj var:


“Əgər o, atamın oyunçu kimi 1%-i olsaydı, qəbul edərdim”.

Bu fikir polemikdir. Çünki məşqçi ilə oyunçu karyerasını müqayisə etmək metodoloji baxımdan düzgün deyil. Amma emosional müstəvidə başadüşüləndir.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Все новости