“Barselona”nın sürpriz hədəfi — dünya çempionu Martines

“Barselona”nın sürpriz hədəfi — dünya çempionu Martines
07.02.2026 15:00

“Barselona” klubu “Mançester Yunayted”in mərkəz müdafiəçisi, dünya çempionu Lisandro Martineslə maraqlanır.

TodayPress TV xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb. 

Bildirilir ki, “qırmızı şeytanlar” 28 yaşlı futbolçunu satmaq niyyətində deyil və onunla yeni müqavilə üzrə danışıqları aktivləşdirə bilər.

Bununla belə, Kataloniya təmsilçisi argentinalı müdafiəçinin münasib məbləğ qarşılığında transferinin mümkün olduğunu düşünür. 

“Mançester Yunayted” futbolçu üçün təxminən 55 milyon avro tələb edə bilər.

Qeyd edək ki, Lisandro Martines 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 13 oyunda meydana çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalında onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Все новости