F1: Bakıda tarix təkrarlanacaq?

F1: Bakıda tarix təkrarlanacaq?
16.09.2025 09:52

“Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-Prisinin qalibi olan “McLaren” pilotu Oskar Piastri həftəsonunda ötənilki uğurunu təkrarlamaq istəyir. 

TodayPress TV xəbər verir ki, “McLaren” komandası uğurlu çıxış müqabilində Bakıda mövsümün yekununda Konstruktorlar Kubokunu təmin edə bilər.

Oskar Piastri Azərbaycan Qran-Prisi ilə bağlı danışıb: 

“Mənim üçün həyatımın ən yaxşı yarışlarından biri idi və yüksək nəticə qazandığım trekə qayıtmaq hər zaman xoşdur. Əsas məqsədim həftəsonunda ötənilki nəticəni təkrarlamaqdır. Bakı texniki baxımdan mürəkkəb trasdır, pilotlardan maksimum dəqiqlik tələb edir. Bu mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır”, -  deyə “McLaren” pilotu təəssüratlarını bölüşüb.

Onun komanda yoldaşı Lando Norris də yüksək nəticə qazanmağa iddialıdır. 

“Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Bakıda bizi tamamilə fərqli sınaqlar gözləyir və sükan arxasında onları necə dəf edəcəyimi görmək üçün səbirsizlənirəm”, - deyə Lando Norris bildirib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi sentyabrın 19-dan 21-dək keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Bütün Xəbərlər