Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda!

Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda!
17.08.2026 11:30

Serbiyanın Loznitsa şəhərində oğlan boksçular arasında keçirilən U-19 Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha üç boksçusu 1/4 finala vəsiqə qazanıb.

Nihat Qasımov (55 kq) ikinci döyüşündə Çexiya təmsilçisi Doryan Kropoqu məğlub edib. Azərbaycanlı boksçu üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. Qasımov 1/4 finalda İngiltərə təmsilçisi Ruben Hujmannla qarşılaşacaq.

Əli Baxışov (60 kq) da növbəti qələbəsini əldə edib. O, Xorvatiya təmsilçisi Petar Krpanı 5:0 hesabı ilə məğlub edib – 30:27, 30:27, 30:27, 30:27, 30:27. Baxışov yarımfinala yüksəlmək uğrunda Slovakiya boksçusu Kristian Haraşiklə üz-üzə gələcək.

Şahin Aslanov (65 kq) isə Rusiya təmsilçisi Muhammad Ali Seferbekovu 3:2 hesabı ilə məğlub edib – 28:29, 29:28, 27:30, 30:27, 29:28. Aslanov 1/4 finalda İngiltərə təmsilçisi Yaşua Flemminqlə qarşılaşacaq.

Beləliklə, oğlan boksçular arasında Azərbaycan millisinin 1/4 finala yüksələn üzvlərinin sayı 4-ə çatıb. Daha əvvəl Əli Əliyev (50 kq) də bu mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün qız boksçuların mübarizəsində Azərbaycanın bir təmsilçisi 1/8 final, iki boksçusu isə 1/4 final görüşünə çıxacaq.

Namiq HUN

TodayPress TV

ФОТО

Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! — 1
Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! — 2
Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! — 3
ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 "ХОРОШИЕ РУССКИЕ"— пишет Рамиз Юнус... 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Какая погода будет завтра? — ПРОГНОЗ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Руководитель азербайджанской диаспоры в Москве депортирован 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 Ильхаму Алиеву вручено удостоверение «Почетного гражданина города Ирпень» 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Приближается лунное затмение: в Азербайджане оно будет видно всего 32 минуты 10:56 Ильхам Алиев поздравил своего индонезийского коллегу 11:34 Будет изменен график рейсов Баку — Габала — Баку 10:51 Предотвращена свадьба 16-летней девушки 10:46 Эрдоган: «К Мекканскому союзу могут присоединиться и другие страны» 10:26 Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi 10:31 Все новости